Mobil versiya
Birləşmiş Ştatlar Venesueladakı seçkilərin nəticələrinin "xalqın iradəsini əks etdirmədiyindən" ehtiyat edir
Tarix: 29-07-2024 | Saat: 09:34
Bölmə:Özəl | çapa göndər

Birləşmiş Ştatlar Venesueladakı seçkilərin nəticələrinin "xalqın iradəsini əks etdirmədiyindən" ehtiyat edir

ABŞ hakimiyyəti Venesuela hakimiyyətinin elan etdiyi prezident seçkilərinin nəticələrinin “xalqın iradəsini əks etdirməməsindən” “ciddi narahatdır”.Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunda (QUAD) iştirakçı ölkələrin xarici işlər orqanları rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Biz Venesuela seçki komissiyasının bəyanatını gördük. Elan edilmiş nəticələrin Venesuela xalqının iradəsini və ya səslərini əks etdirməməsi ilə bağlı ciddi narahatlığımız var", - o deyib.
Venesuela Milli Seçki Şurasının bülleteninə əsasən, protokolların 80%-i hesablandıqdan sonra seçicilərin 51,2%-i Nikolas Maduronu dəstəkləyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025