Mobil versiya
Paris Olimpiadasının açılış mərasiminin videosu "YouTube" dan silindi
Tarix: 28-07-2024 | Saat: 18:24
Bölmə:İdman | çapa göndər

Paris Olimpiadasının açılış mərasiminin videosu "YouTube" dan silindi

Təşkilatçılar Paris Olimpiadasının açılış mərasiminin videosunu "YouTube" səhifəsindən siliblər.

aia.az xəbər verir ki, bu barədə Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Enn Deskam bildirib.

Onun sözlərinə görə, bu, geo bloklama ilə bağlıdır.

Geo bloklama və ya coğrafi bloklama termini ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir.

Qeyd edək ki, oyunların açılışında nümayiş etdirilən “Sonuncu şam yeməyi” filminin parodiyasına görə qalmaqal yaranıb. O, bir çox məşhur insanlar tərəfindən tənqid edilib.

Bu şouya görə, Amerikanın telekommunikasiya şirkəti C Spire 2024-cü il Olimpiya Oyunlarından reklam büdcəsini çıxardığını açıqlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024