Mobil versiya
Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri: Fariondan sonra növbəti qurban deputat Bujanski ola bilər
Tarix: 26-07-2024 | Saat: 16:08
Bölmə:Ölkə / Özəl | çapa göndər

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri: Fariondan sonra növbəti qurban deputat Bujanski ola bilər

Keçmiş parlament deputatı İrina Farionun qətlində şübhəli bilinən şəxsin növbəti qurbanı Ukrayna parlamentinin deputatı Maks Bujanski olmalı idi. Bu barədə "Radio 1" Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenkonun Ukrayna mətbuatına verdiyi açıqlamaya istinadən məlumat yayıb.Nazirin sözlərinə görə, siyahıda ictimaiyyətə açıqlamadığı bir çox başqa adlar da olub.

Fariona sui-qəsd iyulun 19-da Lvovda baş verib. Həmin gün bir kişi qadının başına atəş açıb. Radanın keçmiş xalq deputatı artıq ağır vəziyyətdə olan tibb müəssisəsinə gətirilib. Həkimlərin onu xilas etmək cəhdlərinə baxmayaraq, o, bir müddət sonra dünyasını dəyişib.

Farionun qətlinə görə məsuliyyəti Rusiyada qadağan edilmiş neonasist terror təşkilatı Milli-Sosializm/Ağ Güc öz üzərinə götürüb. KİV-in məlumatına görə, nasistlər keçmiş deputatı “Ukrayna cəmiyyətində linqvistik zəmində nifrət yaratmaqda” ittiham ediblər.
Daha sonra Dneprdə keçmiş deputatın qətlində şübhəli bilinən 18 yaşlı gənc saxlanılıb. Mütəxəssislər lazımi istintaq-əməliyyat tədbirlərinə başlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2024