Mobil versiya
İctimai tərəqqi naminə yaşanan həyat
Tarix: 26-07-2024 | Saat: 15:24
Bölmə:Gündəm / Özəl | çapa göndər

İctimai tərəqqi naminə yaşanan həyat

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək növbəti toplantısının, COP29-un öz işinə başlamasına 3 ay qalıb. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən Konfransa hazırlıq işlərinin səviyyəsi bunu deməyə əsas verir ki, COP29 bu mötəbər ali toplantının təşkili baxımından dünyaya yeni standartlar təqdim edəcək.

Ümumiyyətlə qeyd olunmalıdır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlandığı 30 il ərzində davamlı olaraq ekoloji terrora məruz qoyulan ölkə kimi ətraf mühitin qorunması ilə bağlı məsələlərdə hər zaman ön cərgələrdə durub. Təbii ki, bu baxımdan 12-dekabr 2022-ci ildən 28 aprel 2023-cü il tarixinədək, 138 gün ərzində Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilmiş dinc etiraz aksiyaları da əslində qlobal əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Bu günkü yazımızda biz də həmin aksiyaların fəal iştirakçılarından biri haqda bəhs edəcəyik.



Qısa arayış:
Mustafayev Fərid Mustafa oğlu 1986-ci il Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya və təbiətdən istifadə fakültəsində bakalavr səviyyəsində ali təhsil alıb. 2009-2011-ci illərdə həmin universitetdə Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi ixtisası üzrə Magistratur təhsilini Fərqlənmə ilə başa vurub. 2012-2015-ci illərdə isə Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meliroasiya, rekultivasiya və torpaqların mühafizəsi ixtisasi üzrə doktaranturasında əyani şöbədə təhsil alıb. Ümumilikdə 50 yə yaxın elmi məqalələrin müəllifidir. Bunlardan 3-ü scopus (Q2 indeksli) biri isə agris bazasında dərc olunmuşdur. 500 dən çox ictimai-siyasi məqalələri ölkə mətbuatında, o cümlədən Xalq qəzeti, Elm qəzeti, Respublika, İki sahil qəzetlərində, Azərtac informasiya agentliyinin səhifələrində, science.az, aia.az (Azərbaycan İnformasiya Agentliyi), ses media saytlarında dərc olunub. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş bir elmi-ictimai-siyasi kitabı hazırda redaktə mərhələsindədir.
Ailəlidir. Bir qız övladı var.




Fərid Mustafayev Xankəndi-Laçın yolunda keçirilmiş dinc etiraz aksiyalarının ilk günlərindən başlayaraq ən fəal iştirakçılardan biri olmuş, aksiyanın gedişində müxtəlif günlərdə qrup rəhbəri kimi fəaliyyət göstrmişdir. Hamımız bilirik ki, həmin aksiyanın ilk günləri xüsusilə çətin şəraitdə keçmişdi. Bir yandan dağlıq ərazilərdə hökm sürən sərt qışın soyuq havası, digər tərəfdən də müvəqqəti şəraitsizlik aksiya iştirakçıları üçün əsil həyat imtahanı idi. Məhz həmin günlərdə aksiyanın davam etməsində Fərid Mustafayev kimi ekofəalların xüsusi rolu olub. Gecə saatlarında da davam edən etiraz aksiyasında səsgücləndiricilər vasitəsilə vətənpərvərlik ruhunda mahnıların səsləndirilməsi, aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçinin uçurulması və digər effektiv hərəkətlərin baş tutmasının əsas təşəbbüskarlarından biri də məhz Fərid Mustafayev olub.



Ümumiyyətlə qeyd edə bilərik ki, Fərid Mustafayevin ictimai fəallığı bir çox sahələri əhatə edir. 2023-cü ildə “İqlim dəyişikliyi və davamlı torpaq idarəçiliyi” beynəlxalq konqresində (“Climate change and sustainable soil managment” international congress), yenə də həmin il keçirilmiş və 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci il dönümünə həsr olunmuş konfransada iştirakı və məruzə ilə çıxışı, “Elm gününə” həsr olunan tələbə, magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış Respublika konfransında təşkilat komitəsinin sədri və redaktor muavini kimi iştirkı, “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransda (International Scientific-Practical Conference “Soil-ecological problems of agrocenoses and ways to solve them”) yenidən təşkilat komitəsinin sədri, redaktor muavini kimi iştirakı, Gənc Alim və Mütəxəssilərin ikinci beynəlxalq elmi konfransında təşkilat komitəsinin üzvü, “İqlim dəyişikliyi və davamlı torpaq idarəçiliyi” (“Climate change and sustainable soil managment”) mövzusunda keçirilmiş beynəlxalq konqresdə təşkilat komitəsinin üzvü, məsul katib kimi iştirakı Fərid Mustafayevin öz fəaliyyəti ilə həqiqətən də ölkənin elmi-ictimai həyatına mühüm töhfələr verdiyini deməyə əsas verir.



Əlbəttə ki, bu hal nə ölkəmizin elm ictimaiyyətinin, nə də müvafiq beynəlxalq qurumların diqqətindən yayınmır. Belə ki, son üç il ərzində Fərid Mustafayev:
- AMEA-nın Həmkarlar təşkilatı tərəfindən - Səmərəli elmi-ictimai fəaliyyətinə görə və gənclər günü münasibəti ilə;
- Yasamal rayon İcra Hakimiyyəti tərəfindən - Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə və 2 Fevral – Gənclər Günü münasibətilə;
- N saylı Hərbi hissənin komandiri tərəfindən - N saylı Hərbi hissənin ictimai həyatında iştirakı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsinə görə;
- AVMVİB Zəngilan şöbəsi tərəfindən - Gənc nəslin hərbi Vətənpərvərlik ruhda tərbiyə olunmasında xidmətlərinə görə;
- N saylı hərbi hissə komandiri tərəfindən - Azərbaycan ordusuna göstərdiyi dəstəyə, köməyə və diqqətə görə;
- N saylı hərbi hissə komandiri tərəfindən - Hərbi hissəyə göstərdiyi maddi və mənəvi dəstəyə görə; (04.04.2023) N saylı Hərbi Hissə (polkovnik-leytenant)
- Tovuz rayon ərazisində yerləşən hərbi hissənin komandiri tərəfindən - Hərbi hissənin mövqelərinin təkmilləşdirilməsində göstərdiyi köməkliyə görə Fəxri fərmanları ilə təltif olunub.

Bundan başqa Fərid Mustafayevin təltifləri sırasında 2023-cü ildə keçirilmiş və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IV Elm Festivalı, eləcə də 2024-cü ildə keçirilmiş və Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş V Elm Festivalı tərəfindən təqdim olunmuş Təşəkkürnamələri, həmçinin ADPU-nun Şamaxı filialının kitabxana fondununa zənginləşdirilməsində göstərilən dəstəyə görə verilmiş Təşəkkürnaməni qeyd edə bilərik.



Fərid Mustafayevin indiyədək tutduğu ictimi vəzifələr də onun yüksək potensial sahibi olduğunu bir daha təsdiq edir. Belə ki, o, 2016-2017-ci illərdə Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssizlər Şurasının sədr muavini; 2017-2021-ci illərdə Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssizlər Şurasının sədri; 2021-2022-ci illərdə Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının Gənclər Bölməsinin prezidenti vəzifələrində uğurla çalışıb. 2021- ci ildən indiyədək YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavinidir. Həmkarlar İttifaqının, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin, V.V.Dokuçaev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvüdür. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı 16 saylı Yasamal ikinci dairə seçki komissiyasının14 saylı seçki məntəqəsinin sədri olub. Hal hazırda Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaqların meliorasiyasi laboratoriyasının elmi işçisi, İnstitutun YAP üzrə ərazi partiya təşkilatının sədr müavini və 16 saylı Yasamal ikinci dairə seçki komissiyasinin 14 sayli seçki məntəqəsinin sədridir. Avropa Elm və Tədqiqatlar Akademiyası (Hamburq, Almaniya) tərəfindən (by the European Academy of Sciences and Research (Hamburg, Germany)), eləcə də 6-19 iyun 2022-ci il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində, Qazaxıstan Milli Aqrar Tədqiqat Universitetində təşkil olunmuş KAZNARU-2022 Beynəlxalq Yay Məktəbi tərəfindən (International Summer School KAZNARU-2022 at the Kazakh National Agrarian Research University in Almaty, the Republic of Kazakhstan from June 6 to June 19, 2022.) verilmiş Beynəlxalq Sertifikatların sahibidir.



Sonda bunu da qeyd edək ki, bu günlərdə gənc alim və ictimai xadim Fərid Mustafa oğlu Mustafayevin 38 yaşı tamam olur. Biz də fürsətdən istifadə edib Fərid müəllimi doğum gün münasibətilə ürəkdən təbrik edirik, ona doğma Azərbaycanımızın, Azərbaycan elminin inkişafı naminə göstərdiyi çoxşaxəli fəaliyyətində yeni-yeni zirvələrin fəthini diləyirik.

Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024