Mobil versiya
Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur
Tarix: 26-07-2024 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər

Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur

Şuşa yenə də dünyanın diqqət mərkəzində oldu. Əllidən artıq ölkənin nümayəndələrinin təmsil olunduğu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Yalan məlumatların ifşasına həsr olunmuş Qlobal Forum dezinformasiya ilə mübarizə baxımından mühüm əhəmiyyət kəsb edirdi.Hazırda bütün dünyada, o cümlədən də Azərbaycanın yerləşdiyi regionda hadisələr çox sürətlə cərəyan edir, tez-tez dəyişikliklərin şahidi oluruq. İndiki dövrün səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, dəyişikliklər prosesi yalnız elmi-texniki tərəqqi ilə bağlı deyil, həmçinin ölkələrarası münasibətlərdə, siyasi proseslərdə də daim yeniliklərin şahidi oluruq.

Prezident İlham Əliyevin cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı bir sıra qlobal məsələlərin həlli istiqamətində əhəmiyyət daşıyan, eləcə də regional təhlükəsizlik amillərini şərtləndirən məqamlarla yadda qaldı.Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Bu, region xalqlarının təhlükəsizlik hissini gücləndirir və münaqişələrin keçmişdə qaldığını göstərir.10 noyabr üçtərəfli Bəyanatından sonra siyasi proseslərə seyrçi mövqeyində qalmaq məcburiyyətində olan dövlətlər və güc mərkəzləri vəziyyətdən çox narahat olduqlarını açıq şəkildə bəyan edirlər. Dövlət başçısı İlham Əliyev çıxışında və Forum iştirakşılarının suallarını cavablandırarkən daha çox gələcək hədəflərə diqqəti yönəltdi və Azərbaycanın gələcəyi ilə bağlı ümumi modeli təqdim etdi. Cənab İlham Əliyev, eyni zamanda, diqqəti hazırkı dövrün əsas çağırışlarından olan türk dünyasının birliyi məsələsinə yönəltdi. Qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına baxışları aydındır. Bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: “Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali – bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var.

Prezident İlham Əliyev bildirdi ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyir, qoruyur və hər şeydən üstün tuturuq. Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq.Hər dövrün öz çağırışları var. Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu çağırışları yüksək səviyyədə cavablandırır. Reallıq budur ki, Böyük Qayıdış proqramı tam şəkildə reallığa çevrildikdən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin gələcəkdə davamlı inkişafına öz töhfəsini verəcək.

Pərvanə Verdiyeva,
Gədəbəy şəhər 3 nömrəli məktəbin direktoru - fəal gənc




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024