Mobil versiya
Kamal Abdulla sayğı və hörmətə layiqdir
Tarix: 26-07-2024 | Saat: 10:28
Bölmə:Manşet / Özəl | çapa göndər

Kamal Abdulla sayğı və hörmətə layiqdir

Son günlər medianın gündəmə gətirib qara piar mövzusuna çevirdiyi Kamal Abdulla mövzusu istər-istəməz ürək ağrısı yaradır, necə deyərlər könül bulandırır. Öncə onu deyim ki, nə Kamal Abdulla məni tanıyır, nə də mən onunla hər hansı bir mövzuda həmsöhbət olmamışam, nə də hər hansı bir umacağım, təmənnam yoxdur. Lakin Kamal Abdullanı bir qələm adamı, yazıçı və dövlət xadimi kimi tanıyıram və şəxsinə də hörmətim var.

Kamal Abdullanın kim olduğunu əlahəzrət faktlar belə deyir:

1. Kamal Abdulla müstəqil Azərbaycan tarixində ilk şəxsdir ki, həm AMEA-nın həqiqi üzvü, həm də xalq yazıçısıdır.

2. Kamal Abdullanın "Platon, deyəsən, xəstələnib..." hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - "Qızıl Delviq"ə layiq görülüb.

3. Kamal Abdulla həm də şairdir. Onun "Nar çiçəkləri" adlı şeir kitabı çap olunub.

4. Kamal Abdulla Azərbaycanda ilk Tərcümə ensiklopediyasının hazırlayanı və redaktoru olub.

5. Kamal Abdulla 80-ci illərdə Azərbaycan Televiziyasında yayımlanan "Qoşma" verilişinin aparıcısı olub.

6. Kamal Abdulla 1988-1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri olub. O, bu Fond vasitəsilə valideynlərini itirmiş fəal tələbələrə təqaüdlər verib.

7. Kamal Abdulla 32 yaşında filologiya elmləri doktoru elmi dərəcəsini alıb.
Belə bir şəxsiyyəti olan xalq xoşbəxt deyilmi? Belə bir şəxsiyyət haqqında hörmətlə danışmaq nə vaxtdan qəbahət olub?


Kamal Abdulla hazırda bir universitetin rektorudur. Rəhbər işçinin min dərdi-səri, qayğısı olur. Kimliyindən asılı olmayaraq xeyli də nöqsanı olur. Nöqsansız iş olmur. Ola bilər ki Dillər Universitetində də narazılıq yaradan hal var. Amma bu hal nə qəzetdə yazmaqla, nə də sosial şəbəklərdə müzakirə edilməklə düzəlməz. Əlbəttə ki orda ağıllı alimlər, gözəl müəllimlər var. Oturacaqlar, müzakirə edib ortaq məxrəcə gələcəklər. Necə deyərlər, yağ yağla qaynayacaq, yarma quruda qalacaq. Ona görə də hər hansı cüzi anlaşılmazlıqdan fil düzəldib insanı qaralamaq heç kimə, hətta qələm dostlarıma da nə xeyir, nə də baş ucalığı gətirməyəcəkdir. Sonda üzümü ilk növbədə media mənsublarına, qələm adamlarına tuturam:

Əziz dostlar, yazanda bir az düşünün. Az-çox tanınmışlarımıza qarşı qara piara qoşulmayın. Bütün hallarda təhsilimiz, ədəbiyyatımız, mətbuatımız və nəhayətində xalqımız itirir.

Şəmsi Qoca, şair-publisist, AYB-nin üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2024