Mobil versiya
Pentaqon Ukraynaya hərbi yardımın hesablamalarında yeni səhvlər aşkarlayıb
Tarix: 26-07-2024 | Saat: 09:44
Bölmə:Özəl | çapa göndər

Pentaqon Ukraynaya hərbi yardımın hesablamalarında yeni səhvlər aşkarlayıb

Pentaqon Ukraynaya hərbi yardımın dəyəri ilə bağlı hesablamalarında 2 milyard dollarlıq yeni səhvlər aşkar edib. Bu barədə ABŞ Hesablama Palatasının hesabatında deyilir.Sənədə əsasən, ABŞ müdafiə nazirliyi mühasibat uçotunun aydın olmayan təriflərinə görə Ukraynaya göndərilən müdafiə təyinatlı malların dəyərini dəqiq hesablamaqda çətinlik çəkib.

2023-cü ildə Pentaqon Ukraynaya göndərilən milyardlarla materialları saymaq üçün “amortizasiya edilmiş dəyər” əvəzinə “əvəzetmə dəyəri”ndən istifadə etdiyini və sonradan yeni yardımların göndərilməsi üçün istifadə edilən 6,2 milyard dollarlıq hesablama səhvinə səbəb olduğunu söylədi.

Aşkar edilən yeni səhvlər ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən təsdiqlənmiş yardım məbləğini ödəmək üçün Kiyevə əlavə silah göndərməyə də imkan verəcək.Bundan əvvəl ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Zalmay Xəlilzad bildirmişdi ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp qələbə qazandıqdan sonra ölkə hakimiyyətinin sülh planı ilə razılaşmadığı təqdirdə Ukraynaya yardımı azalda bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024