Yunanıstanda son 44 ilin ən uzun isti dalğası
Tarix: 25-07-2024 | Saat: 19:45
Bölmə:Özəl | çapa göndər
Bildirilib ki, Yunanıstanda 1980-ci ildən bəri ən uzun istilik dalğası bu iyul ayında yaşanıb.
Yunanıstan Meteorologiya İdarəsinin məlumatına görə, iyul ayında 16 gün davam edən həddindən artıq istilər 1980-ci ildən bəri ən uzun istilik dalğası olub. Belə bir vəziyyətin sonuncu dəfə 2023-cü ilin iyul ayında 15 gün davam edən isti dalğası ilə yaşandığını bildirən ekspertlər, ekstremal hava şəraitinin əsas səbəblərindən iqlim dəyişikliyi olduğunu qeyd ediblər.Mütəxəssislər Aleksandrupoli, Dimetoka, Thassos, Drama, Nea Peramos, Kavala, Serres, Xanthi, Thessaloniki və Pireyin builki istidən ən çox təsirləndiyini açıqlayıb. Ölkədə istilərin təsirli olduğu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşların müdafiəsi üçün müxtəlif tədbirlər həyata keçirmişdi.
Parthenon məbədinin yerləşdiyi Akropol həddindən artıq istilər səbəbindən saat 12.00-17.00 arasında ziyarətçilərə bağlanıb və açıq havada tikinti, kuryer xidmətləri və məhsul daşınması kimi işlərin dayandırılmasına qərar verilib. Bu qaydalara əməl etməyən işəgötürənlərin hər işçi üçün 2 min avro cərimələnəcəyi açıqlanıb. Ağxallar və dövlət qulluqçularına 40 dərəcədən yuxarı temperaturda uzaqdan işləmək imkanı verilib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-01-2025
15:05 Əsgərimiz vəfat etdi