Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak etdi
Saat:  16:41
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak etdi

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bişkek şəhərində işgüzar səfərdədir.

aia.az xəbər verir ki, iyulun 25-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin baş prokurorlarının 22-ci iclası keçirilib. Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasın işində dialoq üzrə tərəfdaş qismində iştirak edib.

Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov video müraciətində tədbir iştirakçılarını salamlayaraq, iclasın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Baş prokuror milli prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verib, müasir cinayətkarlıqla mübarizədə yüksək texnologiyalardan istifadənin vacibliyini vurğulayıb.

Baş prokuror işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, həmçinin bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyi barədə danışan Kamran Əliyev bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Kamran Əliyev, həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək, həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

Baş prokuror rusiyalı həmkarı İqor Krasnov və Çinin Baş prokuroru Ying Yong ilə görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

İclasda ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib.

aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi




Xəbəri paylaş
DİGƏR XƏBƏRLƏR
  • Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb
    Azərbaycanlı idmançı Alim Nəbiyev MMA-da debütünü inamlı qələbə ilə başlayıb -Foto
    14 sentyabr 2025 11:55
  • Bakını azad edən ordunun varisləri ərazi bütövlüyümüzü tam bərpa etdi
    Bakını azad edən ordunun varisləri ərazi bütövlüyümüzü tam bərpa etdi
    13 sentyabr 2025 09:41
  • Sumqayıtda Ümumdünya İlk Tibbi Yardım Günü qeyd olundu
    Sumqayıtda Ümumdünya İlk Tibbi Yardım Günü qeyd olundu -Fotolar
    12 sentyabr 2025 19:33
  • “Nurlan” kafesində nöqsanlar aşkarlandı
    “Nurlan” kafesində nöqsanlar aşkarlandı -Foto
    12 sentyabr 2025 17:31
  • Hacıqabul Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
    Hacıqabul Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib -Fotolar
    12 sentyabr 2025 16:55
  • Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib
    Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib Yenilənib-Foto
    12 sentyabr 2025 16:21
  • Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
    Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib Yenilənib-Foto
    12 sentyabr 2025 16:17
  • "Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
    "Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla... -Fotolar
    12 sentyabr 2025 15:40
  • Müdafiə Nazirliyi BHİK “Qəhrəman Övladları - Sabahın Ulduzları” adlı tədbir keçirib
    Müdafiə Nazirliyi BHİK “Qəhrəman Övladları - Sabahın Ulduzları” adlı tədbir keçirib - VİDEO
    12 sentyabr 2025 14:43
  • Putin və Tramp Krımda görüşə bilərlər
    Putin və Tramp Krımda görüşə bilərlər
    12 sentyabr 2025 13:49
  • Şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək
    Şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək
    12 sentyabr 2025 13:42
  • "Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlandı
    "Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlandı
    12 sentyabr 2025 13:38
  • "Azərbaycanda ət qiymətləri yüksəkdir" -
    "Azərbaycanda ət qiymətləri yüksəkdir" - Deputat
    12 sentyabr 2025 13:31
  • "Biologiya dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil" -
    "Biologiya dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil" - Nazir
    12 sentyabr 2025 12:47
  • Sərxoş halda söyüş söyən ANAMA-nın vəzifəli şəxsləri həbs edildi
    Sərxoş halda söyüş söyən ANAMA-nın vəzifəli şəxsləri həbs edildi
    12 sentyabr 2025 12:40
  • "Aqrar sektorla bağlı ixtisaslı kadr çatışmazlığı var" -
    "Aqrar sektorla bağlı ixtisaslı kadr çatışmazlığı var" - Komitə sədri
    12 sentyabr 2025 12:32
  • Ərdoğan Qətərə səfər edəcək
    Ərdoğan Qətərə səfər edəcək
    12 sentyabr 2025 12:14
  • Şahin Kazımzadə yüksək posta
    Şahin Kazımzadə yüksək posta TƏYİNAT ALDI
    12 sentyabr 2025 11:56
  • YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir
    YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir -Fotolar
    12 sentyabr 2025 11:46
  • Azərbaycan daha bir beynəlxalq konvensasiyaya qoşulur
    Azərbaycan daha bir beynəlxalq konvensasiyaya qoşulur
    12 sentyabr 2025 11:19
  • Anar Ələkbərov “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisində -
    Anar Ələkbərov “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisində - FOTOLAR
    12 sentyabr 2025 11:04
  • Culfada ağır qəzada ölən 4 polisin adları məlum oldu -
    Culfada ağır qəzada ölən 4 polisin adları məlum oldu - YENİLƏNİB
    12 sentyabr 2025 11:03
  • Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
    12 sentyabr 2025 10:15
  • Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib -
    Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var
    12 sentyabr 2025 10:07
  • "Kəpəz" "Araz-Naxçıvan"la, "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək
    "Kəpəz" "Araz-Naxçıvan"la, "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək
    12 sentyabr 2025 09:47
  • 15 Sentyabr 1918-ci il- Bakı Şəhərinin Nuru Paşanın rəhbərliyi ilə  Türk ordusu tərəfindən azad edilməsi
    15 Sentyabr 1918-ci il- Bakı Şəhərinin Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu tərəfindən azad edilməsi
    12 sentyabr 2025 09:44
  • Lənkəranda narkokuryer həbs edildi
    Lənkəranda narkokuryer həbs edildi
    12 sentyabr 2025 09:40
  • Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm -
    Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm - Netanyahu
    12 sentyabr 2025 09:29
  • "6 milyon dolları böldük" -
    "6 milyon dolları böldük" - DTX-nın Azərbaycanda saxladığı Anass Derrazın məhkəməsi
    12 sentyabr 2025 09:26
  • Bu rayonlara yağış yağıb -
    Bu rayonlara yağış yağıb - Faktiki hava
    12 sentyabr 2025 09:23

  • Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.