Ana Sayfa > Siyasət > Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak etdi

Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak etdi


25-07-2024, 16:41. Yazar: sevinc1
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak etdi

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bişkek şəhərində işgüzar səfərdədir.

aia.az xəbər verir ki, iyulun 25-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin baş prokurorlarının 22-ci iclası keçirilib. Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasın işində dialoq üzrə tərəfdaş qismində iştirak edib.

Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov video müraciətində tədbir iştirakçılarını salamlayaraq, iclasın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Baş prokuror milli prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verib, müasir cinayətkarlıqla mübarizədə yüksək texnologiyalardan istifadənin vacibliyini vurğulayıb.

Baş prokuror işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, həmçinin bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyi barədə danışan Kamran Əliyev bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Kamran Əliyev, həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək, həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

Baş prokuror rusiyalı həmkarı İqor Krasnov və Çinin Baş prokuroru Ying Yong ilə görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

İclasda ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib.

aia.az
Geri dön