Mobil versiya
İran Xarici İşlər Nazirliyi bir sıra İslam mərkəzlərinin bağlanması ilə əlaqədar Almaniya səfirini çağırıb
Tarix: 24-07-2024 | Saat: 17:15
Bölmə:Özəl | çapa göndər

İran Xarici İşlər Nazirliyi bir sıra İslam mərkəzlərinin bağlanması ilə əlaqədar Almaniya səfirini çağırıb


İran Xarici İşlər Nazirliyi ölkədə bir sıra İslam mərkəzlərinin bağlanması ilə əlaqədar Almaniya səfiri Hans-Udo Müseli çağırıb. Bu barədə “Nour News” agentliyi məlumat yayıb.“Almaniya polisinin bir sıra İslam mərkəzlərinin bağlanması istiqamətində gördüyü tədbirlər fonunda Almaniyanın səfiri Hans-Udo Müsel bu gün Qərbi Avropa Departamentinin rəhbəri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb”, - İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatında deyilir. .
Bundan əvvəl Moskvanın Tehrandakı səfiri Aleksey Dedov bildirib ki, Qərb ölkələri münasibətləri normallaşdırmaq üçün İranla dialoqa hazır deyillər.Mayın sonunda Fransa, Böyük Britaniya və Almaniya MAQATE üçün İranın nüvə proqramına nəzarətin gücləndirilməsini tələb edən qətnamə layihəsi hazırlayıblar. Sənəd agentliyin baş direktoru Rafael Qrossidən Tehranın nüvə sahəsində fəaliyyəti ilə bağlı əvvəllər verilmiş hesabatlarla müqayisədə daha müfəssəl hesabatın tələb edilməsinin mümkünlüyünü təklif edir.

Bundan əvvəl Fransa ABŞ-la birlikdə İrana təzyiq etmək planlarından danışmışdı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025