Mobil versiya
Kreml Kulebanın Rusiya ilə danışıqlara dair sözlərinə reaksiya verib
Tarix: 24-07-2024 | Saat: 14:53
Bölmə:Özəl | çapa göndər

Kreml Kulebanın Rusiya ilə danışıqlara dair sözlərinə reaksiya verib


Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sülh danışıqlarına başlamağa hazır olması ilə bağlı bəyanatı Moskvanın mövqeyi ilə üst-üstə düşür, lakin hələlik açıqlanmayan detallar çox vacibdir. “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə səfəri zamanı Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu açıqlayıb. Eyni zamanda, o bildirib ki, danışıqlar rasional, praktiki olmalı və “ədalətli və davamlı sülhə nail olmağa” yönəlməlidir.Peskovun sözlərinə görə, belə bir bəyanatı əslində Kuleba həmkarları Vanq Yi ilə görüşdə verib və “mesajın özü Rusiyanın mövqeyi ilə eynidir”. Lakin Moskvaya bu məsələdə konkretlik lazımdır.

"Burada hələ bilmədiyimiz təfərrüatlar vacibdir, ona görə də əlavə dəqiqləşdirməni gözləyəcəyik", Dmit Peskov Rusiya tərəfinin heç vaxt danışıqlardan imtina etmədiyinə və açıqlığını qoruduğuna diqqət çəkib.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynanın denazifikasiyası və demilitarizasiyası üçün xüsusi əməliyyat keçirir. 2022-ci ilin martında Moskva və Kiyev sülh danışıqlarının bir neçə raundu keçirərək, birgə müəyyən razılaşmalar əldə ediblər. Lakin Kiyev danışıqlar prosesindən geri çəkilib.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025