Mobil versiya
Məşhur Məmmədov: “Prezident İlham Əliyev əsaslı arqumentlər irəli sürərək hər kəlməsinin həqiqət olduğunu nümayiş etdirdi”
Tarix: 24-07-2024 | Saat: 14:49
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Məşhur Məmmədov: “Prezident İlham Əliyev əsaslı arqumentlər irəli sürərək hər kəlməsinin həqiqət olduğunu nümayiş etdirdi”

“Şuşa Qlobal Media Forumu dünyanın aparıcı kütləvi informasiya vasitələri, media qurumları və jurnalist təşkilatlarının təmsilçilərinin bir araya gələrək beynəlxalq ictimaiyyəti düşündürən və narahat edən ən müxtəlif problemlərin müzakirəsi, onların həlli yollarının araşdırılması üçün yaradılmış unikal, çoxprofilli beynəlxalq platformadır. Artıq ənənəvi xarakter almış Şuşa Forumu ilk dəfə keçən ilin 21-23 iyul tarixlərində müvəffəqiyyətlə keçirilmişdi. Cari ilin 20-22 iyul tarixlərində isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. Forumun açılış mərasimində Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı bu benəlxalq tədbirin əhəmiyyətini bir daha vurğulamış oldu. Qeyd etmək lazımdır ki, Forumun mövzusu uzun illər boyunca xüsusilə Qərb mətbuatında əsassız informasiya hücumlarına məruz qoyulan, ermənipərəst dairələr tərəfindən demonizasiyaya məruz qoyulan Azərbaycan üçün də son dərəcə aktualdır. Məsələ bundadır ki, bəzi Qərb dövlətləri, hansı ki, biz bunu Fransanın timsalında daha aşkar şəkildə müşahidə edə bilirik, Cənubi Qafqazda öz maraqlarını təmin etmək və bunu region ölkələrinin maraqları nəzərə alınmadan həyata keçirmək məqsədilə bu gün də Azərbaycana qarşı haqsız və ədalətsiz mövqelərdən çıxışlarını davam etdirirlər. Əlbəttə ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə işğala son qoyduqdan və keçən ilin sentyabr ayında bir gün davam edən antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Qərbin ermənipərəst dairələrinin ölkəmizə qarşı hücumları artıq tamamilə öz əhəmiyyətini itirib. Bu gün Azərbaycan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma işləri aparır, artıq “Böyük qayıdış” dövlət proqramının icrasına başlanı və bu proses getdikcə daha böyük dinamika alır. Ən əsası da bu gün bütün dünya bu mütərəqqi prosesləri canlı olaraq izləmək, baş verənhadisələr barədə obyektiv və dolğun informasiya əldə etmək imkanına malikdir. Bütün bu məqamar cənab Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində etdiyi çıxışında öz əksini tapmışdır.”

Bu fikirləri aia.az-a təqdim etdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Məşhur Məmmədov ifadə edib.

Daha sonra Prezident İlham Əliyevin Forum iştirakçılarının suallarını cavablandırarkən səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq müsahibimiz bildirib ki, dövlət başçımızın yeni milli ideyaların formalaşmasını şərtləndirən amillər barədə verdiyi açıqlama ictimaiyyətin xüsusilə böyük marağına səbəb olub: “Cənab Prezident bildirdi ki, yeni milli ideya, yaxud da ideyalar ilk növbədə geosiyasi kontekst nəzərə alınmadan mövcud ola bilməz. Qeyd olundu ki, bu gün regional geosiyasi kontekst kəskin şəkildə dəyişmişdir və müçahidə olunan dəyişikliklər sadəcə Azərbaycanın Qarabağda Qələbəsindən ibarət deyil. Dövlət başçımız bir daha xüsusi olaraq vurğuladı ki, köhnə alyanslar artıq aşınmaya məruz qalır və onları əvəz edəcək yeni əməkdaşlıq formatları üzə çıxmaqdadır. Həqiqətən də Cənubi Qafqaz ölkələrinin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir. Bu gün region ölkələrinin xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq Cənubi Qafqazın gəlcəyi barədə hansısa mülahizələr yürütmək olar. Azərbaycanın xarici siyasət kursunun sabit və dəyişməz olduğunu nəzərə alsaq, Gürcüstanda və Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən təhlil etmək və yalnız bundan sonra müəyyən tədbirlər görmək olar ki, ən azından müəyyən regional əməkdaşlığa nail olunsun. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Cənubi Qafqaz ölkələri Baltikyanı dövlətlərin yolunu təkrarlaya bilmədilər. Lakin indi bir şans var və bu şansdan yararlanmaq üçün Azərbaycan həm Gürcüstanda, həm də Ermənistanda xarici siyasət modifikasiyalarının nə ilə yekunlaşacağını düzgün təhlil etməli və sonunu görməlidir.”

Sonda M.Məmmədov bunu da qeyd edib ki, COP29-a ev sahibliyi etməsi ilə bağlı qərarın qəbul olunmasından sonra Azərbaycanın haqsız hücumlara məruz qoyulması dünya mediası trəfindən də etiraf olunur: “Hər zaman olduğu kimi, cənab Prezident İlham Əliyev istər öz çıxışında, istərsə də ona ünvanlanan sualları cavablandırarkən bu dəfə də konkret faktlara əsaslanan arqumentlər irəli sürərək dediyi hər kəlməsinin inkarolunmaz həqiqət olduğunu nümayiş etdirdi. O cümlədən COP29-un qərəzli şəkildə işıqlandırılacağını söyləyən və buna Azərbaycanın reaksiyasının necə ola biləcəyini soruşan jurnalistin sualını cavablandıran dövlət başçımız bir daha Qərbin ikili standartlar siyasətini ifşa etdi. Cənab Prezident tarixi faktlara müraciət edərək bildirdi ki, COP tədbirinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bir bölgəsində keçirilirdi və heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz Azərbaycan Prezidentinin dediklərinin həqiqət olduğunu sübut edir. Bu tədbirin əhəmiyyəti əlbəttə ki, bütün bu mənfi hallardan qat-qat çoxdur. Çünki bu, qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Azərbaycan təkcə təşkilati baxımdan işlər görmür, həm də mahiyyət baxımından təşəbbüslər irəli sürür, Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurur. Bu xüsusda Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Eyni zamanda, Azərbaycan bəlkə yeganə ölkədir ki, regionda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Yəni, Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Həmçinin ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının və “OPEC Plus” formatının üzvüdür. Bütün bunlar Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə nail olması üçün unikal imkanlar yaradır” – deyə, Məşhur Məmmədov açıqlamasını sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024