Mobil versiya
BDU-da Qazaxıstan və Özbəkistan üzrə iki yeni ixtisaslaşma açılacaq
Tarix: 24-07-2024 | Saat: 09:54
Bölmə:Təhsil | çapa göndər

BDU-da Qazaxıstan və Özbəkistan üzrə iki yeni ixtisaslaşma açılacaq

Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasında magistratura səviyyəsində iki yeni ixtisaslaşma - “Ölkəşünaslıq (Qazaxıstan üzrə)” və “Ölkəşünaslıq (Özbəkistan üzrə)” kadr hazırlığına başlanılacaq.
Bu ixtisaslaşmaların tələblərinə uyğun olaraq, “Qazaxıstan və Özbəkistan tarixi”, “Qazax və özbək xalqlarının dövlətçilik tarixi”, “Qazax və özbək xalqlarının etnogenez məsələləri”, “Qazax və özbək xalqlarının mədəniyyəti”, “Mərkəzi Asiya regionunun təhlükəsizlik problemləri kontekstində Qazaxıstan və Özbəkistan Respublikaları”, “Türk dünyası daxili inteqrasiya prosesləri və Qazaxıstan və Özbəkistan Respublikaları”, “Qazaxıstan və Özbəkistan Respublikalarının xarici siyasəti”, “Azərbaycan – Qazaxıstan, Azərbaycan – Özbəkistan münasibətlərinin geosiyasi aspektləri”, "Qazaxıstanda və Özbəkistanda etno-siyasi vəziyyət” və s. fənlərin tədrisi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmizdə bu ixtisaslaşmalar üzrə kadr hazırlığı ilk dəfə həyata keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə