Azərbaycan – avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşdır
Tarix: 23-07-2024 | Saat: 11:48
Bölmə:Özəl | çapa göndər
Prezident İlham Əliyevin cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirakı Azərbaycanın apardığı çoxşaxəli xarici siyasətin göstəricisi kimi mühüm əhəmiyyət kəsb edir. Toplantı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edən dövlətimizin Başçısı Azərbaycanın enerji siyasətinə bir daha diqqət çəkərək, ölkəmizin bu sahədə qazandığı uğurları xüsusilə vurğulayıb. Qeyd etmək lazımdır ki, enerji təhlükəsizliyi hər bir dövlət üçün olduqca mühüm strateji məsələlərdən biridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır.Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib. “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı bütövlükdə Azərbaycana və onun Liderinə xüsusi hörmət və münasibətlə yadda qaldı deyə bilərik. Cənab Prezident İlham Əliyevlə ikitərəfli görüş üçün müraciətlər və keçirilən görüşlərin məzmunu dövlət Başçımıza göstərilən xüsusi münaisbətin bariz nümunəsidir.Son dövrlər dünyada baş verən geosiyasi proseslər Avropanı neft, qaz ümumilikdə enerji təhlükəsizliyi məsələləri dərindən narahat edir. İstənilən ssenaridə Avropa ilk növbədə özünün təhlükəsizliyini düşünür və bu baxımdan atacağı addımlara labüd müsbət sonluq prizmasından yanaşır. 44 günlük Vətən Müharibəsindən sonra Avropanın bəzi dövlətlərinin sərsəm bəyənatlarına Azərbaycanın qətiyyətli cavabı Avropanın bir addım geri atmasına gətirib çıxardı. Üstəlik Avropada düşünən beyinlər Azərbaycanın apardığı siyasətin əsas qarşılıqlı hörmət prinsipi üzərində qurulduğunu gözəl başa düşür.Hal-hazırda Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə bu ölkələrlə yanaşı Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Yeni bazarlara girişimizin olması həm iqtisadi, həm də siyasi əlaqələrimizin güclənməsinə birbaşa şərtdir. Bu gün cənab Prezident İlham Əliyevin Avropada öz siyasi addımları ilə böyük iqtisadi potensiyalı olan layihələrin ölkəmizə cəlb olunması Azərbaycanın iqtisadiyyatının güclənməsində ən böyük faktordur.Cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, yeni tərəfdaşlarla əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır.
Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərrbaycan dünyada etibarlı tərəfdaş kimi özünü sübut edib. Aydın məsələdir ki, idxaldan asılı olan ölkələr hər zaman özlərinə etibarlı tərəfdaş axtarırlar. Bu baxımdan Azərbaycan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə dünyada özünə böyük nüfuz qazanmışdır. Artıq, bütün dünya bilir və qəbul edir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər dəyərlidir. Son 30 ildə imzalanmış bütün müqavilələrin tam icra olunması, onların hamısının parlament tərəfindən ratifikasiya olunması və qanun şəklində imzalanması bunun əyani göstəricisidir.
Anar Mammadov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər