İqtisadçılar Kiyevin defoltdan qaçmaq yollarını tənqid ediblər
Tarix: 22-07-2024 | Saat: 17:19
Bölmə:Özəl | çapa göndər
Ukrayna hakimiyyəti 20 milyardlıq borcun restrukturizasiyası ilə bağlı kreditorlarla danışıqlar fonunda oktyabr ayına qədər ödənişləri qadağan edən qanun qəbul edib. RİA Novosti-yə müsahibə verən iqtisadçılar qeyd ediblər ki, Kiyev özündə olmayan səlahiyyətlə investorları əzməyə çalışır.
Daha əvvəl Reuters Ukraynanın defoltdan qaçmaq üçün çox az vaxtının qaldığına diqqət çəkib. Bununla belə, agentliyin məlumatına görə, Kiyev təxminən 20 milyard dollar dəyərində beynəlxalq borcun restrukturizasiyası ilə bağlı bir qrup istiqraz sahibi ilə hələ də razılığa gələ bilməyib. Eyni zamanda, ölkənin Maliyyə Nazirliyinin rəhbəri Sergey Marçenko bildirib ki, bu məsələ ilə bağlı danışıqlar davam edir və avqustun 1-dək razılığın əldə olunması gözlənilir.
Öz növbəsində, Ali Rada oktyabr ayına qədər xarici borc üzrə ödənişləri qanuni olaraq qadağan edib. Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa bu tədbiri “xidmət ödənişlərinə qənaət etməyə imkan verəcək restrukturizasiyanın vacib elementi” adlandırıb. İqtisadçılar isə Kiyevin “ümidsizlik jesti” hesab etdikləri hərəkətlərdən təəccübləndilər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı
29-10-2024