Eltun Süleymanov: “Ölkəmizin və onun rəhbərliyinin mövqeyi aydın və birmənalıdır”
Tarix: 21-07-2024 | Saat: 18:45
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb. İkinci dəfə keçirilən bu mötəbər Forumda 50-dən artıq ölkədən olan media nümayəndələrinin iştriakı göstərdi ki. Azərbaycan reallıqlarına maraq artmaqda, Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə baxışlar dəyişməkdədir.
Ölkəmizin başçısı cənab Prezident İlham Əliyev ona ünvanlanan bütün suallları səbr və təmkinlə, həm də çox usta diplomayiya ilə cavablandıraraq bugünkü reallıqları diqqətə çatdırdı.
Cənubi Qafqzda tarixi transformasiyanın baş veridiyini bildirən ölkə başçısı bildirdi ki, ənənəvi ittifaqların zəiflədiyi məqamda yeni əməkdaşlıq formaları meydana gəlmişdir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
“Müsahibimiz qeyd edib ki,“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Cənubi Qafqazda yeni reallıqların yaranması və gesoiyasi şəraitin ölkəmizin xeyrinə dəyişməsi təbii ki bir sıra dairələrin maraqlarına cavab vermir və bizə qarşı dezinformasiyalar da çoxalmağa başlamışdır.
Bir sıra Qərb dairələrinin, xüsusən Fransanın bu sahədə rolunun artması, hər addımda Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması da bunu sübut edir.
Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti, mahir diplomatik gedişlər bu ciddi-cəhdin qarşısını ala bilir. Cəmiyyətin uzun müddət arzuladığı -sülh şəraitində yaşamaq arzusu artıq reallığa çevrilmiş, Qarabağda və Şərqi Zəngəzurda nəhəng yenidənqurma işlərinə start verilmişdir. Ermənilərin xarabazarlığa çevirdiyi Qarabağ torpaqlarında həyat canlanır, Böyük qayıdış proqramı sürətlə həyata keçirilir. Artıq 8 min nəfər əhalinin öz doğma ev-eşiyinə qayıtması da bunun göstəricisidir. İlin axırına kimi bu rəqəmin 20 minə çatacağı gözlənir. Belə bir şəraitdə erməni lobbisinin və onların havadarlarının Azərbaycana qarşı dezinformasiya siyasəti də paralel olaraq artır. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Lakin rellıqlar başqa şey deyir. Reallıq odur ki, Azərbaycan tam müstəqil siyasət yürüdür və kiminsə çətiri altında deyildir. Ona görə də yalanlar, dezinformasiyalar baş alıb gedir. Amma bütün bunlara qarşı aparılan mübarizə də öz sözünü deyir və dünya artıq ağı qaradan seçə bilir.”
Eltun Süleymanov bildirib ki, cənab prezidentin Forumda səsləndirdiyi “ biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun”-fikri bir daha sübut etdi ki, Azərbaycan erməni lobbisinin və havadarlarının həvəslə tirajladığı dezinformasiyadan çox uzaqdır. Bu gün geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə olmasından asılı olmayaraq barış mövqeyində qalmağımız belə bəzi dairələrin məkrli planlarını pozur.
Lakin bizim mövqeyimiz birmənalıdır. Azərbaycanın Preizdenti cənab İlham əliyevin həyata keçirdiyi siyasətin mahiyyəti aydındır: Sülh və təhlükəsiz mühitdə yaşamaq, iqtisadi və siyasi müsətqilliyi qoruyub inkişaf etdirmək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024