Mobil versiya
“Qırğın quyusundan” cəsədlər çıxarılır: Dünyanı dəhşətə gətirən fotolar
Tarix: 18-07-2024 | Saat: 17:30
Bölmə:Özəl | çapa göndər

“Qırğın quyusundan” cəsədlər çıxarılır: Dünyanı dəhşətə gətirən fotolar


İraqın Mosul şəhərinin Təlafər rayonu yaxınlığında yerləşən kütləvi məzarlıqdan terror təşkilatı DEAŞ-ın bölgədə nəzarət altına aldığı 2014-2017-ci illər arasında öldürülən insanların cəsədləri çıxarılır.İllərdir itkin düşən qohumlarından xəbər ala bilməyən minlərlə İraq türkmənləri yaxınlarının cəsədlərinin DEAŞ-ın "qırğın çuxurundan" çıxarılmasını gözləyirlər.Terror təşkilatı DEAŞ, Telafer rayonundan təxminən 10 kilometr cənubda yerləşən və yerli xalq arasında "Allav Anter" quyusu kimi tanınan dərinliyi 100 metrdən çox olan quyuya "Cəhənnəm quyusu" adını verib.DEAŞ 9 iyun 2014-cü ildə bölgəni nəzarət altına aldıqdan sonra minlərlə insanı edam edərək bu quyuya atıb.Türkmənlər İŞİD tərəfindən qaçırılan və aqibətini ala bilmədiklərinin qohumlarının bu quyuya atıldığını bildirir.

Türkmən qurumlarının, dərnəklərinin və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə bu kütləvi məzarlıq 10 ildən sonra İraq hökuməti tərəfindən açılıb və cəsədlərin eksqumasiyasına başlanılıb.Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondunun prezidenti Turhan Ketene verdiyi açıqlamada terror təşkilatı DEAŞ tərəfindən kütləvi məzarlığa çevrilən bu dərin quyuda 1000-dən çox Təlafer türkməninin cəsədinin olduğunu bildirib.
Ketene terror təşkilatı DEAŞ-ın bölgəni nəzarətə götürdüyü 2014-2017-ci illər arasında Təlafərdən minlərlə türkməni qaçırdığını və onların taleyi ilə bağlı məlumat olmadığını bildirib.
QADIN VƏ UŞAQLARIN QALIQLARI DA VAR
Telafer rayon valisi Halil Muhsin qeyri-hökumət təşkilatlarından aldıqları məlumat və sənədlər əsasında quyuda 1500-dən çox cəsədin olduğunu təxmin etdiklərini bildirib.

Quyudakı cəsədlərin qalıqlarının çıxarılması üçün işlərin təxminən ay yarımdır davam etdiyini bildirən Muhsin, kütləvi məzarlıqda hələ də çoxlu itkin cəsədinin olduğunun təxmin edildiyini vurğulayıb.

Muhsin Təlafərdə quyudan başqa bir çox kütləvi məzarlığın olduğunu, lakin hələ də aşkar edilmədiyini bildirib.

“Torpağa tapılan cəsədlər arasında çoxlu uşaq və qadınların qalıqları var”. Muhsin, işlərin sürətləndirilməsini və DNT testinin edilməsini istəyib.






aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025