Mobil versiya
Qarşılıqlı dəstək
Tarix: 18-07-2024 | Saat: 15:45
Bölmə:Özəl | çapa göndər

Qarşılıqlı dəstək

Cari ilin 11 iyul tarixində Prezident İlham Əliyev Pakistanda dövlət səfərində olub.

Səfər çərçivəsində Prezident İ.Əliyev mətbuata verdiyi bəyənatında Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəm bünövrəyə əsaslandığını, energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir sıra layihələrin artıq nəzərdən keçirildiyi, tərəfdaşlığın nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacağını qeyd edib.

Azərbaycanın xarici siyasət kursunda geniş İslam coğrafiyasında yerləşən ölkələrlə əlaqələrin daha sıx bağlarla möhkəmləndirilməsi xətti xüsusi yer tutur. Hazırda respublikamız ayrı-ayrı İslam ölkələri ilə sıx əməkdaşlıq edir. Dost Pakistan İslam Respublikası da bu sırada yer alır. İki dövlət arasında əməkdaşlıq əlaqələri kifayət qədər yüksək səviyyədədir.
Prezident İlham Əliyevin Pakistana və dost ölkənin dövlət və hökumət rəhbərlərinin Azərbaycana çoxsaylı səfərləri reallaşıb. Bu səfərlər çərçivəsində aktual müzakirələr aparılıb və ikitərəfli münasibətlərin inkişafını hədəfləyən mühüm sənədlər imzalanıb.
Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyevin Pakistana iyulun 11-12-sini əhatə edən dövlət səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə qardaş ölkə mövqeyidir.

Svetlana Mirzəyeva
YAP Qusar rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025