Mobil versiya
Çin Kommunist Partiyası keçmiş xarici işlər naziri Qin Gang-ı Mərkəzi Komitədən xaric edib
Tarix: 18-07-2024 | Saat: 14:04
Bölmə:Özəl | çapa göndər

Çin Kommunist Partiyası keçmiş xarici işlər naziri Qin Gang-ı Mərkəzi Komitədən xaric edib

Çin Kommunist Partiyasının (ÇKP) rəhbərliyi Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Qin Qanqın Mərkəzi Komitənin üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə 20-ci çağırış ÇKP MK-nın 3-cü plenumunun yekunlarına görə dərc edilmiş kommünikedə bildirilib."Plenum Qin Qanqın istefasını qəbul etmək və onu Mərkəzi Komitənin üzvü vəzifəsindən azad etmək qərarına gəlib", - nəşr yazır.
Qin Qang 2022-ci ilin dekabr ayının sonunda Çin Xarici İşlər Nazirliyinin rəhbəri oldu. 2023-cü il iyulun sonunda o, Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) Daimi Komitəsinin qərarı ilə bu vəzifədən uzaqlaşdırılıb. Van Yi Çin Xarici İşlər Nazirliyinin rəhbəri olub. The Wall Street Journal yazıb ki, Qin Qanq Vaşinqtonda fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışdığı dövrdə ABŞ-da nikahdankənar əlaqələrə görə işdən çıxarıla bilərdi.

Bundan əvvəl Çinin keçmiş rəhbəri Everbrayt Çin Kommunist Partiyasından xaric edilmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025