Yeni tədris ilindən BDU qida məhsullarının ekspertizası və marketinqi üzrə mütəxəssis hazırlığına başlayacaq
Tarix: 18-07-2024 | Saat: 13:48
Bölmə:Təhsil | çapa göndər
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasında 2024/2025-ci tədris ilindən etibarən ölkədə qida mühəndisliyi üzrə ixtisasli kadrların hazırlanması məqsədilə magistratura pilləsində yeni “Qida məhsullarının ekspertizası və marketinqi” ixtisaslaşması açılacaq. İxtisaslaşmada “Qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi”, “Bioloji xammal və qida məhsullarının ekspertizası”, “Qida məhsullarının analizinin müasir problemləri” və s. kimi fənlər üzrə tədris prosesi təşkil ediləcək.
Tədris zamanı magistrantlar qida məhsullarının ekspertizasına dair ümümi biliklərə yiyələnəcək, müasir dövrdə qida məhsullarını analiz etmək üçün fiziki, fiziki-kimyəvi, mikrobioloji analiz metodları, kimyəvi və orqanoleptik tədqiqat üsullarından geniş istifadə edəcəklər. Həmçinin qida məhsullarının analizində geniş istifadə olunan metodlar, onların praktik imkanları, qida məhsullarının təhlükəsizliyi üzrə milli və beynəlxalq proqramlarla, ekoloji təhlükəsizliyin normativ-hüquqi bazası ilə tanışlıq həyata keçiriləcək. Məhsulların mikroblarla çirklənməsinin mənbələrinin araşdırılması, qida məhsullarının istehsalı zamanı diqqət edilməli olan sanitar-epidemioloji nəzarət də ixtisaslaşmanın proqramına daxildir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024