Mobil versiya
Avropa Parlamenti Orbanın Rusiyaya səfərini rəsmən pisləyib
Tarix: 17-07-2024 | Saat: 16:16
Bölmə:Özəl | çapa göndər

Avropa Parlamenti Orbanın Rusiyaya səfərini rəsmən pisləyib

Avropa Parlamentinin deputatları iyun seçkilərindən sonra qəbul etdikləri ilk qətnamədə Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfərini pisləyiblər. Bu barədə Avropa Parlamentinin saytında məlumat verilib.
İyul ayında Macarıstanın baş naziri Viktor Orban Rusiya və Ukraynaya səfər edərək Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə danışıqlar aparıb. O, bu səfərləri Macarıstan Aİ Şurasına altı aylıq sədrliyi təhvil aldıqdan qısa müddət sonra edib.Kiyevə səfəri zamanı Orban Zelenskiyə Rusiya qoşunları ilə bu gün mövcud olan təmas xəttində atəşkəs təklif edib. Orbanın sözlərinə görə, bu, danışıqlara start verə bilər.

Avropa Parlamentinin qətnaməsində Orbanın “Aİ müqavilələrini və ümumi xarici siyasəti kobud şəkildə pozduğu” vurğulanır. Avropa Parlamentinin deputatları Orbanın Rusiya Federasiyasına səfərini pislədiklərini və onun “bu hərəkətlərinə görə cavabdehlik daşımalı” olduğuna inandıqlarını bildiriblər. Orbanın elan etdiyi sülh missiyası Avropa Parlamentində faydasız adlandırılıb.Avropa Parlamenti yeni qətnaməsində həmçinin Aİ ölkələrini “lazım olana qədər” Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. Avropa Parlamentinin deputatları Rusiya və Belarusa qarşı sanksiya siyasətini genişləndirməyə, sanksiyaların effektivliyini təhlil etməyə və onlardan yayınma ilə mübarizə aparmağa çağırıblar.

Avropa Parlamentinin üzvləri NATO-nun son sammitinin nəticələrini alqışladılar və Ukraynanın alyansa üzv olmaq üçün “dönməz yolda” olduğu mövqeyini bir daha təsdiq etdilər. Avropa Parlamenti lazım olduğu müddətdə Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Qətnamə 495 səs, 137 əleyhinə, 47 bitərəf olmaqla qəbul edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025