Mobil versiya
Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir
Tarix: 16-07-2024 | Saat: 20:47
Bölmə:Özəl | çapa göndər

Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir

Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də Ermənistanla bağlıdır. İyulun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev belə bir mühüm faktı bir daha vurğuladı ki, Pakistan işğal dövründə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. İstər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Pakistan Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Dövlətimizin başçısı bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini bildirmişdir.

YAP Laçın rayon təşkilatının 18 saylı ƏPT-nin sədri Kənan Quliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025