Mobil versiya
Latviyada Rusiya ilə müharibə vəziyyətində aktiv şəkildə qarajlar almağa başladılar
Tarix: 16-07-2024 | Saat: 16:42
Bölmə:Özəl | çapa göndər

Latviyada Rusiya ilə müharibə vəziyyətində aktiv şəkildə qarajlar almağa başladılar


Latviyada Rusiya ilə müharibə vəziyyətində köhnə qarajları aktiv şəkildə almağa başladılar. Bu barədə “The Times” yazır.
Bildirilir ki, Riqa sakinləri son vaxtlar sahil ərazilərində sovet dövründən qalma qarajları daha çox almağa başlayıblar. Nəşr qeyd edir ki, 2019-cu ildən bu cür obyektlərin qiyməti 5 min dollardan 15 min dollara yüksəlib.
Qarajların alınmasının səbəblərindən biri bəzi sakinləri Rusiya ilə mümkün müharibəyə hazırlamaq idi.

“Necə qaça bilərik? Müzakirə etdiyimiz variantlardan biri çayın dibi ilə üzüb, sonra dənizin o tayına qaçmaq idi və biz bunu buradan, qarajlardan edə bilərdik”, - qaraj sahiblərindən biri deyir.Latviya prezidenti Edqars Rinkeviç bir müddət əvvəl Baltik dənizinin Rusiya gəmiləri üçün bağlanmasını “müharibə elanı” adlandırmışdı. Eyni zamanda, o, NATO-nun Baltikyanı dəniz patrullarının artırılmasına çağırıb.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025