Pakistan hər zaman Azərbaycanın yanında olmuşdur
Tarix: 16-07-2024 | Saat: 15:33
Bölmə:Özəl | çapa göndər
Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var.Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələr sırasında yer alır. Bu isə qardaş ölkə mövqeyidir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi.Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Enerji sektorunu iki ölkə arasında perspektiv əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi səciyyələndirmək mümkündür. Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Pakistanın isə bu sahədə sıxıntıları var. Bu ölkə enerji tələbatının ödənilməsində böyük dərəcədə idxala bağlıdır.Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının əməkdaşı Pərviz Məcnunov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər