Mobil versiya
Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur
Tarix: 16-07-2024 | Saat: 10:23
Bölmə:Özəl | çapa göndər

Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur

Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Pakistan dostluq münasibətləri Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da inkişaf etmişdir. Qarşılıqlı rəsmi səfərlər, bütün beynəlxalq təşkilatlarda hər iki ölkənin eyni mövqedən çıxış etməsi, ticari-iqtisadi, hərbi, mədəniyyət, bir sözlə, həyatın bütün sahələrini əhatə edən müavilələrin imzalanması, yeri gələndə bir-birinə güzəştlər etməsi bir sıra ölkələrdə qibtə doğuracaq səviyyədədir.
Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb.. Pakistan həmişə işğalçı Ermənistandan Azərbaycanın işğal etdiyi əraziləri azad etməyi tələb edib. Azərbaycan Respublikasının Prezidenti ehtiramla deyib ki, Pakistan həmişə Azərbaycanın yanında olub, İkinci Qarabağ müharibəsində Azərbaycanın mövqeyini – apardığı ədalətli müharibəni dəstəkləyib.
Pakistan həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərində iştrak etmək üçün müraciət edib. Bu müraciət də qardaşlığın təzahürüdür.
2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir.
Dövlət başçısı İlham Əliyevin 11 iyulda Pakistan İslam Respublikasına növbəti rəsmi dövlət səfəri də yaddaqalan olmuşdur. Bu səfər çərçivəsində 15 müqavilə imzalanmışdır. Bu onu göstərir ki, qardaş ölkə ilə münasibətlərin stateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkə rəhbərlərinin siyasi iradəsi və xalqların qarşılıqlı dostluq münasibəti həlledici rol oynayır.
Cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, qətiyyətli mövqeyi bu qardaş ölkədə kifayət qədər yüksək qiymətləndirilir, dostluğumuz, qardaşlığımız, strateji müttəfiqliyimiz möhkəmlənir. Bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə ciddi təsir göstərir.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025