Mobil versiya
Xankəndi və Şuşada xeyli silah-sursat aşkarlanıb
Tarix: 13-07-2024 | Saat: 10:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xankəndi və Şuşada xeyli silah-sursat aşkarlanıb

Son bir həftə ərzində Xankəndi və Şuşada xeyli silah-sursat tapılıb.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, həyata keçirilən tədbirlərlə 6-12 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 9 avtomat silahı, 2 tapança, 4 tüfəng, 8 qumbara, 7 alışdırıcı, 7 süngü-bıçaq, 28 patron darağı, 602 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərinin Böyük Qaladərəsi kəndi ərazisindən isə 1 pulemyot, 1 avtomat, 1 tapança və 1 ədəd tüfəng aşkar edilərək götürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024