Spiegel: Rheinmetall-ın başına sui-qəsd hazırladıqları iddia edilənləri həbs etmək üçün kifayət qədər dəlil yox idi
Tarix: 12-07-2024 | Saat: 13:50
Bölmə:Özəl | çapa göndər
May ayında Almaniyanın hüquq-mühafizə orqanları xarici kəşfiyyat agentliyinin ortağından Rheinmetall-ın rəhbəri Armin Pappergerə qarşı sui-qəsd planları barədə məlumat aldı və bunu hazırlaya biləcək şübhəli şəxsləri nəzarətə götürdü, lakin onları saxlamaq üçün kifayət qədər dəlil yox idi. Bu barədə Avropa təhlükəsizlik agentliklərindəki mənbələrə istinadən “Spiegel” nəşri yazıb.Onların sözlərinə görə, kəşfiyyat xidmətləri bir qrup şübhəli şəxsin hərəkətlərini izləyirmiş. Nəşrin yazdığı kimi, söhbət əvvəllər SSRİ-nin tərkibində olan müxtəlif ölkələrin, o cümlədən ən azı birinin rus olduğu iddia edilən vətəndaşlarından gedir. Bəziləri artıq Avropada idi, bəziləri isə sadəcə daxil olmağı planlaşdırırdı.Şübhəlilərin Düsseldorfdakı silah istehsalçısı Rheinmetall-ın baş qərargahının ətrafındakı əraziyə, eləcə də Pappergerin ziyarət etdiyi yerlərdə xaricdə olduğu iddia edilir.
“Spiegel” mənbələri bildiriblər ki, görünür, söhbət konkret bir işi yerinə yetirmək üçün xüsusi olaraq işə götürülən sözdə proxy agentlərdən gedir.
“Düzdür, həbs etmək üçün kifayət qədər dəlil yox idi”, - nəşrin mənbələri qeyd edib.
Daha əvvəl CNN ABŞ kəşfiyyat orqanlarına istinadən iddia edirdi ki, Rusiya Federasiyası guya Pappergerə sui-qəsd planı hazırlaya bilər. Rusiya rəsmiləri bu xəbərləri şərh etməyiblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər