Mobil versiya
HƏM ŞUMERLƏR HƏM DƏ ETRUSKLAR TÜRK İDİ, HƏR İKİSİ TÜRKCƏ DANIŞIR, TÜRKCƏ YAZIRDI
Tarix: 12-07-2024 | Saat: 10:13
Bölmə:Manşet / Özəl / Seçki 2024 | çapa göndər

HƏM ŞUMERLƏR  HƏM DƏ ETRUSKLAR TÜRK İDİ, HƏR İKİSİ TÜRKCƏ DANIŞIR, TÜRKCƏ YAZIRDI

aia.az xəbər verir ki, iyunun 18-də ABŞ-da yaşayan həmyerlimiz Tariyel Azərtürkün “Genesis of the Sumerian and Etruscan Turks and Their Languages. Based on Cuneiform and Etruskan Script” (Şumer və Etrusk Türkünün mənşəyi və onların dili. Mixi və Etrusk yazıları əsasında) adlı böyük həcmli (873 səh) kitabı nəşrdən çıxıb.
Bu münasibətlə müəllifi böyük uğuru münasibətilə təbrik edərək kitabın məzmunu barədə oxucularımıza da məlumat verməsini xahiş edtik.
Müəllif kitabın məziyyətləri haqqında bunları dedi: “-Bu, Azərbaycan Türk dili tarixinə şaquli istiqamətdə ümman dərinliyinə, horizontal müstəvidə qütblərinin genişliyinə görə ilkin və mərd, həm də riskli cəhddir. Fəqət ilk cəhd deyil. Gil yazılı mətnlərə baş vurub orada türklük axtarmaq ilk cəhdim hələ 1994-ci ildən başladı. Və əldə etdiyim tərcümələri doğma Azərbaycan dilindəki 472 səhifəlik “Əcdad” (Sietl) kitabında toplanaraq Sietldə nəşr etdirdim. Bu kitabın respublikada böyük rezonansı oldu. Kitab Türk dilinin Şumer deyilən dövrlərdə mövcud olduğu faktını şüurlara tam hakim etməsə də, Azərbaycan ictimai şüurunun oyanmasında böyük rol oynadı.
Dediyim missiyada onun tam carçı ola bilməməsi isə maddi məhdudiyyət səbəbindən özüm tərəfindən cəmisi 100 ədəd buraxılmasında idi. Geniş oxucu kütləsi yalnız onun sədasını eşidə bildi.
2012-ci ildən başlayaraq mixi yazılı mətnlərdən yeni tərcümələrimin də daxil edildiyi materialları bu dəfə rus dilində yazmağı qərarlaşdırdım. Və sonda sanballı, 1300 səhifəlik «Генезис Тюрка и Тюркского Языка. На Основе Клинописи» (Türkün və türk dilinin mənşəyi. Mixi yazılar əsasında) kitabını 3 il ərzində dalbadal Bişkek (2017), Nyu York-Sankt-Peterburq (2018) və Bakıda (2019) nəşr etdirdim.
Bu günlərdə ABŞ-ın “iUniverse” nəşriyyatında “şumer” və Etrusk türklərindən tərcümə etdiyim bütün materialları ingilis dilindəki 873 səhifəli “Genesis of the Sumerian and Etruscan Turks and Their Language. Based on Cuneiform and Etruscan Script” (Şumer və Etrusk Türkləri və Onların dili. Mixi və Etrusk yazıları əsasında) kitabım çapdan çıxıb.

Kitab 35 fəsildən ibarət olub, Naxçıvandakı İlandağ, Luristandakı Kəbir Kuh qayasəthi Türk yazılarından tutmuş qədim Babil, İtaliya Etrusk yazılarına qədər yüzlərlə yeni tərcümə edilmiş əsərləri əhatə edir. Burada kitab haqqında geniş danışmaq imkanı olmadığından, hər kəsə onu oxumasını rəva görərdim.”
-Gil yazılı bəzi atalar sözlərini, elm ibarələri diqqətə çatdırmaqla ulu Tariximizdən cüzi də olsa təsəvvür yaratmaq pis olmazdı.
-Cəmisi yüzlərcə qədim mətnlərdən edilən tərcümələrdən boylanan atalar sözləri, elmi novator ifadələr:
[b]"SINNƏ, ABA, ƏSMƏR SİNMƏ, GİR VƏ RƏDNƏN SÜPÜR".
Saçın, saqqalın əsmərkən (qarayakən) qocalığa sınma, girdinsə, nə qəm, gir və rəddinlə (izinlə) onu süpür.
*Xalçaçılıqda:
[b]"ENƏN QILI ÇAL, DİNC İRMƏZ, HALÇIYA U ENƏN ÜCİ HARA ATAR."

- Enən qılı (ipi) kəs, dinc durmaz, u enən ucu xalçaya hara (rəqsvari dalğa) atar, yəni naxışın həndəsi dəqiqliyini pozar.
*Astronomiyada:
"İSSİTMƏZ MARSI İŞŞIQI QATE DÜŞŞÜRSƏ"
Sonuncu nümunədə söhbət Marsa yaxınlaşan quyruqlu ulduzdan (kometadan) gedir. Nə qədər od püskürsə də, istisi Marsa təsir edə bilməz. Bunu gil lövhəyə altı min il əvvəl babilli dahi astronomumuz ENLİL İSMƏ qazıyırdı öz rəsədxanasında. O, Aristoteldən 4500 il əvvəl Yerin kürə şəklində olduğunu iddia edirdi:
"U Kİ ALƏM (KAİNAT) İÇTƏ BİR KÜRRƏDİ YER A !”
Astronom təbi gələndə muğam ifası üçün qəzəl də yazırdı:
"Sən su, ud (od) ara kaş e, gəl ləz (izlə) uni (onu) ginə şuxam,
Du gə, du gə, du gə ey, mən azuni nükur Udam!"
(mən azından naxışlı Udam).”

Redaksiyadan: Dəyərli alim həmyerlimiz Tariyel Azərtürkə bu yolda müvəffəqiyyətlər arzulayır, kitabın tezliklə ana dilimizdə Bakıda çap olunmasını diləyirik. Dilimiz, tariximiz haqqında çox qiymətli olan bu kitab sözsüz ki oxucuların diqqətini çəkəcəkdir.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024