İddialara görə, Tramp Netanyahunun “Qəzzanı tam işğal etmək” planına qarşı deyil
Tarix: 07-08-2025 | Saat: 09:19
Bölmə:Özəl | çapa göndər

ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahunun yeni hərbi əməliyyata başlamaqla Qəzza zolağının “tamamilə işğalı” planına qarşı olmadığı bildirilir.
ABŞ-ın “Axios” saytının ABŞ və İsrail rəsmilərinə istinadən verdiyi xəbərə görə, İsrail administrasiyası “Qəzza zolağının tamamilə işğalı” planını təsdiqləməyə hazırlaşır.
Bu plana qarşı çıxmayan ABŞ prezidenti Tramp müdaxilə etməməyi və Qəzza ilə bağlı qərarı İsrailin ixtiyarına buraxmağı seçib.
Bu arada, Axios-a danışan ABŞ rəsmisi bildirib ki, ABŞ Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün atılan addımları dəstəkləyir, lakin orada yardım səylərini "götürməyəcək".
ABŞ prezidenti Tramp avqustun 5-də verdiyi açıqlamada İsrailin “Qəzza zolağının tamamilə işğalı” planını şərh etməyəcəyini, lakin bu məsələ ilə bağlı qərarın İsrailə aid olduğunu bildirib.
İsrailin Qəzza zolağının işğal planı
İsrail dövlət televiziyası KAN-a danışan israilli mənbə bildirib ki, Netanyahu Qəzza zolağının tam işğalına meyllidir.
İsrailin Baş Qərargah rəisi Eyal Zamirin bütün Qəzzanı işğal etmək planına qarşı olduğu da iddia edilib.
Netanyahunun ofisinin Zamirə "Bütün Qəzzanı işğal etmək planı sizə uyğun gəlmirsə, istefaya getməlisiniz" mesajı göndərdiyi bildirilir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər