Mobil versiya
Qərbi Azərbaycan İcmasının faəliyyəti genişlənir
Tarix: 11-07-2024 | Saat: 15:39
Bölmə:Siyasət / Özəl / Manşet | çapa göndər

Qərbi Azərbaycan İcmasının faəliyyəti genişlənir

Aia.az məlumat verir ki, Qərbi Azərbaycan İcmasının regionlarda fəaliyyəti genişlənir.
10 iyul 2024-cü il tarixdə Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərində çalışan, Qərbi Azərbaycandan olan pedaqoji və texniki işçilərlə görüş keçirilmişdir.
Görüşdə Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Qərbi Azərbaycan İcmasının Xaçmaz rayonu üzrə nümayəndəsi Bəxtiyar Haqverdiyev, Qərbi Azərbaycan İcması Aparatının məsul əməkdaşları İman Məmmədov və Əbdüləli Həsənov iştirak etmişdir.
Görüşdə Xaçmaz rayonun ümumtəhsil məktəblərində çalışan, əslən Qərbi Azərbaycandan olan pedaqoji və texniki işçilərin, Qarabağ müharibəsi veteranlarının Qərbi Azərbaycan haqqında təəssüratları dinlənilmiş, “Qərbi Azərbaycana qayıdış tarixi ədaləti bərpa edəcək” mövzusunda fikir mübadiləsi aparılmışdır.
Məsələ ətrafında çıxış edən Rövşən Ağayev belə görüşlərin keçirilməsinin yüksək əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdir ki, erməni separatizminə qarşı 30 il mübarizə aparan Azərbaycan 2020-ci ildən etibarən bu mübarizənin qalibiyyət mərhələsinə qədəm qoymuşdur. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində Zəfər qazanıb, ərazi bütövlüyümüzü bərpa edib.
Natiq Qərbi Azərbaycanın qədim dövrlərdən bəri xalqımızın doğma vətəni olduğunu, həmçinin Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus mədəni irs və bu irsin qorunması, yenidən canlandırılması yollarından söz açıb. Qeyd edilib ki, beynəlxalq hüquq normalarına əsaslanmaqla Qərbi Azərbaycan ərazilərinə ləyaqətli qayıdış həyata keçirilməlidir. Çox təəssüf ki, ermənilər bu ərazilərə gəldikdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək siyasəti yürüdərək əcdadlarımızın min illər ərzində həmin ərazilərdə yaratdığı maddi -mədəni abidələr erməni vandalizminin qurbanına çevrilərək dağıdılmışdır.
Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Məhəmməd İmamquliyev çıxışında erməni əhali tərəfindən, xüsusən daşnak partiyasının üzvləri tərəfindən daim təzyiq və təqiblərə məruz qalmalarından, işgəncələrdən söz açmış, dədə-baba torpaqlarından köçkün düşmələrindən, məruz qaldıqları əzablardan danışmışdır.

Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbin direktoru Şamama Nəsirova Quba rayonu İsnovqışlaq kənd tam orta məktəbin müəllimi Mahirə Nəbiyeva Siyəzən rayonu Gil-gilçay stansiya tam orta məktəbinin müəllimi Nəcibə Əfəndiyeva, Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbinin müəllimi Nüşabə Allahverdiyeva, “Xaçmaz” qəzetinin baş redaktoru Ziynət Haqverdiyeva, Qərbi Azərbaycan İcmasının koordinatoru İman Məmmədov və sektor müdiri Əbdüləli Həsənov çıxışlarında tədbirin mövzusunun aktuallığına və əhəmiyyətinə toxunaraq Azərvbaycan dövlətinin, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini və doğma yurd-yuvaya qayıtmağa hazır olduqlarını bildirmişlər. Qeyd edilib ki, son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı əvvəlcə çar Rusiyası, sonra isə SSRİ və Ermənistan Respublikasının rəhbərləri tərəfindən deportasiya, soyqırımı siyasəti həyata keçirilib. Soydaşlarımız etnik təmizləməyə məruz qalıb, ermənilər hər tarixi fürsətdə onları doğma yurdlarından qovub çıxarıblar. Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə - doğma torpaqlarına qayıtması üçün İcmanın fəaliyyətinin məqsədi, prinsipləri, hazırlıq və icra tədbirləri ümumi çərçivəni müəyyən edir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası isə beynəlxalq hüquqa, dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Tədbirin sonunda qərara alınıb ki, yerlərdə, ümumtəhsil məktəblərində valideyn və şagirdlər arasında mütəmadı olaraq Qərbi Azərbaycanla bağlı “dəyirmi masa”lar, maarifləndirici görüşlər, tədbirlər, şagirdlər arasında inşa yazıları, rəsm müsabiqələri keçirilsin, Qərbi Azərbaycandan olan soydaşlar məsələ ilə bağlı mərkəzi mətbuatda və “Xaçmaz” qəzetinin səhifələrində, eləcə də sosial şəbəklərdə mütəmadi çıxış etsinlər.












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024