Mobil versiya
Kamran Əliyev onu Qaradağa prokuror TƏYİN ETDİ
Tarix: 11-07-2024 | Saat: 15:03
Bölmə:Gündəm | çapa göndər

Kamran Əliyev onu Qaradağa prokuror

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Süleymanov ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024