Federasiya Şurasının sədri Matvienko: BRİKS-in işi ABŞ-ı qıcıqlandırır
Tarix: 10-07-2024 | Saat: 19:01
Bölmə:Özəl | çapa göndər
BRİKS-in işi ABŞ-ı qıcıqlandırır. TASS xəbər verir ki, bu barədə Federasiya Şurasının spikeri Valentina Matvienko bildirib.
O, ABŞ-ın ölkələrə təzyiq göstərməyə çalışdığını, lakin çoxqütblü dünya quruculuğu prosesini dayandıra bilməyəcəyini vurğulayıb.
Matvienko əlavə edib ki, hazırda 24 ölkə BRİKS-də iştirak etmək üçün növbədədir. O, bunu ölkələrin “qorxmağı dayandırması” ilə əlaqələndirdi.
İyulun 8-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani bildirib ki, İran milli ödəniş sistemlərinin birləşdirilməsi mexanizminin bütün BRİKS ölkələrinə yayılmasını təklif edib.Bir gün əvvəl Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirmişdi ki, BRİKS ölkələri dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilir və qlobal gündəmin formalaşmasında fəal iştirak edirlər. Diplomat qeyd edib ki, BRİKS-də aparıcı dominant qüvvə yoxdur. Birgə səylərlə biz BRİKS-də bir-birimizin inkişaf yollarına hörmət və bir-birimizin maraqlarının nəzərə alınması əsasında dialoq mədəniyyəti yaratmağa nail olduq. Bu, iştirakçılara ümumi dil tapmağa və ən çətin məsələlərin həlli yollarını tapmağa kömək edir, deyə o vurğulayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər