Mobil versiya
Qarabağ Universitetində təhsil alacaq tələbələrin sayı AÇIQLANDI
Tarix: 09-07-2024 | Saat: 17:31
Bölmə:Təhsil | çapa göndər

Qarabağ Universitetində təhsil alacaq tələbələrin sayı

2024/2025-ci tədris ili üçün Qarabağ Universitetində ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.

aia.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərə ali təhsil ənənələrinin qaytarılması əsas məqsədlərdən biridir: “Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi. Biz də Qarabağ Universitetinin gələcəyi ilə bağlı aparacağımız işlərlə bağlı müvafiq tapşırıqları dövlət başçımızdan almış olduq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2024