Mobil versiya
Media: Tokio və NATO gizli rabitə sisteminin yaradılması barədə razılığa gəliblər
Tarix: 09-07-2024 | Saat: 09:35
Bölmə:Özəl | çapa göndər

Media: Tokio və NATO gizli rabitə sisteminin yaradılması barədə razılığa gəliblər

Yaponiya hökuməti və NATO rəhbərliyi məxfi məlumatların mübadiləsi və məxfi danışıqların aparılması üçün qapalı rabitə sisteminin yaradılması barədə razılığa gəliblər. “Asahi” qəzeti yazır ki, bu barədə razılaşma Yaponiyanın baş naziri Fumio Kişidanın Şimali Atlantika Alyansının iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində iştirakı zamanı əldə oluna bilər.

NATO ölkələrini məxfi məlumat mübadiləsi üçün təhlükəsiz rabitə sistemi birləşdirir. İndi biz onun qismən alyansın daimi tərəfdaşı statusuna malik Yaponiyaya şamil edilməsindən danışırıq.
2023-cü ildə Tokio NATO ilə kibertəhlükəsizlik, kosmik əməliyyatlar və məlumat mübadiləsi daxil olmaqla 16 sahədə əməkdaşlıq sazişi imzalayıb. Alyansın Brüsseldəki qərargahında Yaponiyanın daimi nümayəndəliyi fəaliyyət göstərir.

Kişida bu il üçüncü dəfə NATO sammitində iştirak edəcək. O, bu məqsədlə iyulun 10-da Vaşinqtona gələcək və iyulun 11-də orada bir sıra çoxtərəfli və ikitərəfli görüşlər keçirəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025