Prezident İlham Əliyevin Astana səfəri – çoxtərəfli əməkdaşlığa yeni töhfə
Tarix: 07-07-2024 | Saat: 20:38
Bölmə:Özəl | çapa göndər
Asiya regionu ilə əlaqələrin genişləndirilməsi ölkəmizin xarici siyasət prioritetlərindəndir: Cənab Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılması, tədbir çərçivəsində ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsi, ondan xəbər verir ki, Asiya regionunda Azərbaycan çox əhəmiyyətli söz sahibi və regional aktor kimi qəbul olunur.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Eyni zamanda, perspektiv əməkdaşlıq əlaqələrini də unutmaq olmaz. Ölkə Prezidenti çıxışında bu məqamları da diqqətə çatdraraq bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Perspektiv əməkdaşlıq əlaqələri də göz önündədir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Prezident vurğuladı ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
Tədbirə ev sahibliyi edən Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə də görüş də xüsusi vurğulanmalıdır: “Bu görüşdə iqtisadi əlaqələr müzakirə olunub. Xüsusilə qeyd edilməlidir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsi də müzakirə olunub. Azərbaycana bununla bağlı böyük dəstək göstərilib. Eyni zamanda, Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu“ Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”i qarşıqlı investisiyaların təşviqüi baxımından olduqca vacibdir. Unutmayaq ki, Astana Ermənistan-Azərbaycan danışıqlarında platforma kimi qəbul olunub. Bu da Qazaxıstanın Azərbaycana olan dəstəyini ifadə edir”.
Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ən mühüm görüşlərdən biri Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüş idi: “Bu görüşdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olundu. Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlıqdan bəhs edildi. Azərbaycanın Şanxay Əməkdaşlıq təşkilatında üzvülük statusunun artırılması ilı bağlı çox mühüm məlumatlar səsləndirildi. Görüşün əsas məqamlarından biri də ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması və dəstəklənməsi olmuşdur. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edilməsi xüsusi qeyd olunmalıdır. Bu Bəyannamənin qəbul edilməsi Azərbaycanla Çin arasında əlaqələrin yeni müstəviyə qədəm qoyması daha geniş sahələri əhatə etməsindən xəbər verir. Bu o deməkdir ki, artıq Çin ölkəmizi regionda çox mühüm bir tərafdaş kimi qəbul edir. Bu nəinki siyasi səviyyədə , eyni zamanda, iqtisadi baxımdan da Azərbaycan və Çin üçün olduqca vacibdir. Nəzərə alsaq ki, iki ölkə bir çox regional layihələrin iştirakçısıdır, bu birgə Bəyannamənin imzalanması da məhz həm siyasi həm iqtisadi-ticari əlaqələrin genişlənməsinə səbəb olacaq. Azərbaycanın Avrasiya regionunda nüfuzunun və rolunun daha da artmasına xidmət edəcəkdir”.
Azərbaycanın mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi və Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi regional kommunikasiya layihələrinin başlanmasına artan töhfəsi Azərbaycanın ŞƏT-də iştirakının əhəmiyyətini artıran mühüm amildir. Azərbaycan ilə ŞƏT arasında əlaqələrin dərinləşməsini şərtləndirən digər aspekt üzv ölkələrlə humanitar sahədə fəal əməkdaşlıqdır. Ölkəmiz dünyada tanınmış tolerantlıq mərkəzi kimi dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi etmişdir.
Noyabr ayında isə Bakıda COP29 keçiriləcək. Ölkəmiz ilin ən böyük tədbirinə ciddi hazırlaşır. Dövlət başçımızın dediyi kimi, təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək: “Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”.
Bir sözlə, Azərbaycanın ŞƏT kimi nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin gündəliyinin təbliği, regional proseslərdə iştirakı və qərar qəbul edilməsi baxımından çox vacibdir. Digər tərəfdən, Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvə toplantısında iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarını bu mühüm platforma vasitəsilə çatdırması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da böyük əhəmiyyət kəsb edir. Buna görə də, planet əhalisinin demək olar ki, yarısını birləşdirən bir təşkilat kimi Azərbaycanla ŞƏT arasında əməkdaşlığın inkişafı ölkəmizin təşəbbüslərinin qlobal miqyasda həyata keçirilməsi imkanlarının artırılmasına güclü təsir göstərir.
Hüseynova Nərgiz
Laçın rayon 12 nömrəli məktəbin direktoru
YAP Laçın rayon təşkilatı 49 saylı ƏPT-nin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025
15-01-2025