Mobil versiya
Yaponiya hökumət qurumlarında disketlərdən imtina edib
Tarix: 04-07-2024 | Saat: 17:25
Bölmə:Özəl | çapa göndər

Yaponiya hökumət qurumlarında disketlərdən imtina edib


Yaponiya hakimiyyət orqanları sənədlərin dövlət qurumlarına disketlərdə göndərilməsini tələb edən bütün qaydaların ləğv edildiyini elan edib. Bu barədə Reuters yazır.
Ölkənin rəqəmsallaşdırma naziri Taro Kono, "Biz disketlərlə müharibədə qalib gəldik" dedi.
Yaponiyanın dövlət qurumlarında geniş istifadə olunan disketlərin ləğvi kampaniyası hələ 2021-ci ildə başlayıb. Və məhz bu il Rəqəmsal Agentlik nəqliyyat vasitələrinin təkrar emalı ilə bağlı bir ekoloji məhdudiyyət istisna olmaqla, onların istifadəsini tənzimləyən bütün 1034 qaydaların ləğvinə nail ola bildi.
Bundan əvvəl Yaponiyada 1984-cü ildən bəri ilk dəfə olaraq 10 min yenlik əskinasın dizaynı dəyişdirilib. İndi burada pedaqoq Yukiçi Fukuzava əvəzinə “Yapon kapitalizminin atası” Eyiçi Şibusava təsvir olunacaq. Yaponiya Bankının məlumatına görə, yeni əskinaslar holoqramlar və digər fərqləndirici xüsusiyyətlər şəklində əlavə qorunma alıb ki, bu da onların saxtalaşdırılmasını demək olar ki, qeyri-mümkün edəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025