Türkiyənin Ankara Sosial Elmlər Universiteti BDU-da sosiokənd sisteminin universitetlərdə tətbiqinə dair seminar keçirir -Foto
Tarix: 01-07-2024 | Saat: 17:12
Bölmə:Təhsil | çapa göndər
Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri Bakı Dövlət Universitetində (BDU) sosiokənd sistemi və ekosistemin universitetlərdə tətbiqinə dair ikigünlük seminar keçirirlər.
aia.az xəbər verir ki, seminarın açılışında çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, sosial elmlər sahəsində hər iki universitet arasında səmərəli əməkdaşlıq mövcuddur. Ötən il BDU və Ankara Sosial Elmlər Universiteti arasında anlaşma memorandumu və “Erasmus+ K171” mübadilə proqramı imzalanıb. Memorandum çərçivəsində Ankara Sosial Elmlər Universiteti ilə birgə sosial elmi-tədqiqat layihələrinin həyata keçirilməsi qərara alınıb. BDU nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetinin Sosiokəndini ziyarət edib, təcrübəsini öyrənib. Əliş Ağamirzəyev keçirilən seminarın məqsədinin Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanlarını araşdırmaq olduğunu deyib.
Ankara Sosial Elmlər Universitetinin Sosiokəndinin rəhbəri, professor Erdal Akdeve və Sosiokəndin əməkdaşı, professor Çetin Öndər BDU-nun müəllim və əməkdaşları üçün sosiokənd sistemi və ekosistemin universitetlərdə tətbiqinə dair təqdimat ediblər. Seminarda BDU-da innovasiya ekosistemi və texnoparkların qurulmasının vacibliyi vurğulanıb. İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə sosial innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün tələbələrə dəstək göstərilməsi ilə bağlı müzakirələr aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024