Mobil versiya
Rusiya donanması Bakını tərk etdi - FOTO
Tarix: 30-06-2024 | Saat: 12:11
Bölmə:Manşet / Gündəm | çapa göndər

Rusiya donanması Bakını tərk etdi -

Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk ediblər.

Bu barədə aia.az-a Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib. Eyni zamanda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib. Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024