Mobil versiya
Estoniyada uşaqlar sarı-göy lent taxmaqdan imtina etdikləri üçün cəzalandırılıblar
Tarix: 27-06-2024 | Saat: 16:29
Bölmə:Özəl | çapa göndər

Estoniyada uşaqlar sarı-göy lent taxmaqdan imtina etdikləri üçün cəzalandırılıblar

Narvada uşaq və gənclər təşkilatının bir neçə üzvünə sarı və mavi lent taxmaqdan imtina etdikləri üçün bayram paradında iştirak etmək qadağan edilib. Bu barədə Postimees xəbər verir.“Gənc Qartallar” təşkilatının uşaqları 1918-1920-ci illər müharibəsinin xatirəsinə həsr olunmuş paradda iştirak etməli idilər. Təşkilatın nümayəndəsi Riçard Lemendik bildirib ki, uşaqlar “evlərində hökm sürən münasibət” səbəbindən Ukrayna bayrağının rənglərində lent taxmaqdan imtina ediblər.

Lemendik paraddan kənarlaşdırılmasını uşaqların “azad və demokratik cəmiyyətin əsaslarını qiymətləndirməli” olması ilə izah edib. Postimees-in qeyd etdiyi kimi, bir çox estoniyalı uşaqları dəstəkləyib, paradın Ukrayna ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.Bundan əvvəl Çexiyanın Ostrava şəhərindəki stadionun əməkdaşları Qazaxıstan və Latviya milli komandaları arasında xokkey oyunu zamanı tribunadan Ukrayna bayrağını götürüblər. İdman rəsmiləri vurğulayıblar ki, çempionatlar zamanı stadionlara yalnız iştirakçı ölkələrin dövlət bayraqları buraxılır.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025