Mobil versiya
Bellinqem Harri Keyni təhqir etdi
Tarix: 27-06-2024 | Saat: 15:27
Bölmə:İdman | çapa göndər

Bellinqem Harri Keyni təhqir etdi

İngiltərə millisinin futbolçusu Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin III turunda Sloveniya ilə oyun zamanı komanda yoldaşı Harri Keynin ünvanına nəlayiq ifadələr işlədib.

aia.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi birinci hissənin sonlarına yaxın H. Keyninin topla olduğu vaxt onu təhqir etməyə başlayıb.

Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da qrupu 5 xalla lider bitirən İngiltərə yığması 1/8 finala yüksəlib.

Qeyd edək ki, Qaret Sautqeytin komandası 1/8 finalda Slovakiya ilə qarşılaşacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024