Dinamik inkişaf strategiyası
Tarix: 27-06-2024 | Saat: 12:32
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsi bir daha ölkəmizin, onun rəhbərliyinin yaşıl enerji siyasətində qərarlı olduğunu, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin önlənməsi üçün ciddi tədbirlər gördüyünü təsdiq edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi Azərbaycanın çox böyük uğurlara imza atmasını şərtləndirən amillərdən biri olmuşdur. Bu da ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Ölkəmizin həyata keçirdiyi layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasəti Azərbaycanın beynəlxalq aləmdə önəmini artırıb və ölkəmizi dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional aktora çevirib.
Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Hal-hazırda beynəlxalq enerji şirkətləri – “Masdar”, “ACWA Power” və “BP” ilə ümumi gücü 710 MVt olan külək və günəş enerjisi layihələri həyata keçirilir. Milli enerji şəbəkəsininin gücləndirilməsini başlıca şərt və məqsəd kimi qeyd edən cənab ilham Əliyevin yaratdığı mühit nəticəsində bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss edirlər və bu baxımdan ölkəmizin cəlbediciliyi artmaqdadır. Azərbaycan bu günə qədər "yaşıl enerji" sektorunda böyük təcrübəsi olan ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və BƏƏ kimi dövlətlərin nəhəng şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb. "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək. Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyir. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə "yaşıl enerji"yə keçidlə bağlı fəal iş aparır. Ölkəmiz neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib.
Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolunu düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər