Filippin mübahisəli bölgədəki hərəkətlərinə görə Çinə şifahi nota verib
Tarix: 26-06-2024 | Saat: 16:45
Bölmə:Özəl | çapa göndər
Filippin Cənubi Çin dənizinin mübahisəli bölgəsində Çinin Filippin qüvvələrinə qarşı “aqressiv” münasibətinə görə bu ölkəyə şifahi nota verib.“Philstar” qəzetinin məlumatına görə, Filippin gəmisinin Ayungin Shoalda tədarükün qarşısını alan Çin sahil mühafizəsi əməkdaşlarına reaksiya verib.
Filippin Xarici İşlər Naziri Enrike Manalo beynəlxalq mətbuat konfransında Filippin hökumətinin keçən həftə Çinə şifahi nota verdiyini açıqlayıb.
Sözügedən hadisə ilə bağlı Çin səfiri Huang Xilian ilə danışdığını bildirən Manalo söhbətin məzmunu ilə bağlı məlumat verməyib.
Davam edən gərginliklə bağlı danışıqlar masasına oturması üçün Çinin çalışacağını bildirən Manalo, gərginliyin artdığı bir mühitdə də dialoq və diplomatiyanın prioritetinin etibarlı olması lazım olduğunu ifadə etdi. İyunun 17-də Cənubi Çin dənizində iki ölkə arasında mübahisəli ərazidə Filippin təchizat gəmisi ilə Çin gəmisi toqquşub.
Çin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Filippin təchizat gəmisinin İkinci Thomas Shoal yaxınlığındakı sulara "qanunsuz olaraq girdiyi" və Çin gəmilərinə təhlükəli şəkildə yaxınlaşaraq "toqquşmaya səbəb olduğu" bildirilib.
Hadisə zamanı filippinli dənizçi baş barmağını itirib və bir neçə nəfər yaralanıb.
Filippin Müdafiə Naziri Gilberto Teodoro iyunun 24-də son hadisəni anlaşılmazlıq və ya qəza kimi görmədiklərini ifadə edərək, "Bu, Çin səlahiyyətlilərinin missiyamızı tamamlamamıza mane olmaq üçün qəsdən atdığı addımdır" ifadəsini işlətdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025