Mobil versiya
Əziz Ələkbərli: “ Milli Ordumuz xalqın tarixinə yeni və əbədi bir tarix yazıb”
Tarix: 26-06-2024 | Saat: 10:39
Bölmə:Gündəm / Manşet | çapa göndər

Əziz Ələkbərli: “ Milli Ordumuz xalqın tarixinə yeni və əbədi bir  tarix yazıb”

“Azərbaycanda nizami ordunun yaradılmasına ötən əsrin əvvəllərindən başlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.”

Bu sözləri mətbuata açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli söyləmişdir.

Millət vəkili qeyd etmişdir kİ, “ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Bundan başqa, Ulu öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.
Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da xilaskarlıq missiyasını yerinə yetirdi. Tezliklə ölkədə hərc-mərcliyə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr ləğv edilərək vahid komandanlığa əsaslanan milli ordu yaradıldı, cəbhədə atəşkəsə nail olundu.
Ulu öndərin ölkəmizə rəhbərliyinin həm birinci, həm də də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirən, gənc hərbçilərin yetişdirilməsi istiqamətində konkret tədbirlər görən ümummilli liderimizin rəhbərliyi ilə ölkədə hərbi kadr hazırlığı və beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırıldı. Ulu öndər o günlərdə fəxrlə və sevinclə deyirdi: “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.” Məhz həmin ordu öz sözünü dedi, özü də layiqincə dedi.

Əziz Ələkbərli bildirib ki, “2003-cü ildə Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respubli¬kasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə milli ordu quruculuğu sahəsində yeni keyfiyyət dəyişiklikləri mərhələsi başlandı, xalqımızın qüdrətli ordu yaradılması ilə bağlı istək və arzuları reallaş¬dı. Ordunun döyüş qabiliyyəti daha da yüksəldi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətləri yaxşılaşdırıldı. Azərbaycan Ordusu nəyə adir olduğunu 2016-cı ilin aprel ayında,4 günlük müharibə kimi tarixə düşən bu döyüşlərdə, 2018-ci ilin mayında Günnüt əməliyyatında və nəhayət 2020-ci ilin payızında 44 günlük müharibədə sübut etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmiz nəticəsində Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan ordusu regionun ən qüdrətli silahlı qüvvəsidir.”
Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticəsidir”-deyə millət vəkili fikrini yekunlaşdırıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024