Mobil versiya
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Tarix: 25-06-2024 | Saat: 13:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Yağış yağacaq, şimşək çaxacaq -

İyunun 26-si axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2024