Mobil versiya
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqının bir qrup üzvü Şuşaya səfər edib -Fotolar
Tarix: 25-06-2024 | Saat: 11:45
Bölmə:Gündəm / Özəl | çapa göndər

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqının bir qrup üzvü Şuşaya səfər edib

1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub. Həmin gündən bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.

Artıq bir neçə gündür ki, ölkəmizdə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu günlərdə Müdafiə Nazirliyinin Həmkarlar İttifaqının təşəbbüsü ilə baş tutub. 22 iyun 2024-cü il tarixində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayevin rəhbərlik etdiyi həmkar üzvlərindən ibarət qrup Şuşa şəhərinə səfər etmişdir.

Səfər çərçivəsində əməkdaşlar tarixi və mədəni abidələri – Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, Şuşa qalasını ziyarət etmişlər. İşğaldan azad edilmiş ərazilərimizin tarixi-coğrafi və mədəni irsi haqqında geniş məlumat alınmışdır. Həmçinin tədbir iştirakçılarına Vətən müharibəsinin gedişində bu torpaqların azad olunması uğrunda aparılan döyüşlərdə Azərbaycan Ordusu tərəfindən göstərilən misilsiz qəhrəmanlıqlar barədə ətraflı bəhs olunmuşdur. Şəhid və qazilərimiz böyük hörmət və ehtiramla yad edilmişlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2024