Mobil versiya
Rusiya Xarici İşlər Nazirliyi KXDR ilə razılaşmanı xəbərdarlıq adlandırıb
Tarix: 25-06-2024 | Saat: 09:06
Bölmə:Özəl | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi KXDR ilə razılaşmanı xəbərdarlıq adlandırıb

“RİA Novosti” xarici işlər nazirinin müavini Andrey Rudenkonun bəyanatına istinadən xəbər verir ki, Moskva və Pxenyan arasında razılaşma regionun problemlərini hərbi yolla həll etməyi planlaşdıran ölkələr üçün xəbərdarlıqdır.Onun sözlərinə görə, sənəd Cənubi Koreya və ya üçüncü ölkələrə qarşı yönəlməyib. Eyni zamanda, Koreya yarımadasının və regionun problemlərini hərbi yolla həll etmək istəyən və ya planlaşdıran ölkələrə xəbərdarlıqdır. Diplomatın qeyd etdiyi kimi, Rusiya Federasiyası dəfələrlə bu sazişin nə Seula, nə də üçüncü ölkələrə qarşı yönəlmədiyini, “Şimal-Şərqi Asiya regionunda onsuz da çətin olan vəziyyəti pozmağa yönəlmədiyini” vurğulamışdır.Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, subregionda gərginliyin əsas mənbəyi Koreya yarımadasındakı gərginlikdən istifadə edərək, regionda hərbi mövcudluğunu daim artıran Vaşinqtonun siyasətidir.“Bütün bu siyasətin əsas məqsədi təkcə KXDR deyil, həm də Çin və Rusiyanın qarşısını almaqdır. Və bu ikiqat çəkindirmənin bir hissəsi olaraq, amerikalılar özlərinin təhrik etdikləri hazırkı gərginlikdən istifadə edərək, müttəfiqlərinin ərazisində öz bazalarını və raket sistemlərini yerləşdirirlər”, - Rudenko qeyd edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025