Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub.
Tarix: 24-06-2024 | Saat: 20:35
Bölmə:Gündəm | çapa göndər
aia.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına iki yeni təyinat olub. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq sərəncamları ilə Qədimov Orxan Elxan oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Ağayev Nicat Qabil oğlu isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, hər iki əməkdaş Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş daxili müsahibədən uğurla keçiblər.
Məlumat üçün bildirək ki, Qədimov Orxan Elxan oğlu 28 dekabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. 1999-2006-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) “Ümumi iqtisadiyyat” fakültəsində, 2006-2011-cu illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2004-cü ildən başlayaraq dövlət qulluğunda müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətşi vəzifəsində çalışıb. 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Ağayev Nicat Qabil oğlu 08 sentyabr 1990-cı ildə Gəncə şəhərində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili, 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akdemiyasında “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akdemiyasının xətti ilə 2013-2014-cü illərdə Çinin Anxoy Universitetində “çin dili” ixtisası üzrə əlavə təhsil alıb. 2017-2021-ci illərdə Azərbaycan Texnologiya Universitetində müxtəlif rəhbər vəzifələrdə, 2021-ci ilin noyabr ayından Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında məsləhətçi, başçının köməkçisi vəzifələrində çalışıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025