Mobil versiya
“Vətandaş möqeyi” Salyanda
Tarix: 24-06-2024 | Saat: 08:30
Bölmə:Özəl | çapa göndər

“Vətandaş möqeyi” Salyanda

“Vətandaş möqeyi” Salyanda

Ötən saylarımızda aia.az saytının yeni bir layihə hazırladığından və artıq bu layihənin icrasının ardıcıl olaraq həyata keçirilməsinə başlandığından oxucularımıza xəbər vermişdik. Layihənin məqsədi paytaxt Bakıda və bölgələrimizdə vətəndaş məmnunluğunun şərti səviyyəsini müəyyənləşdirmək və bu barədə geniş oxucu auditoriyamızı məlumatlandırmaqdır. Bu dəfəki buraxılışımızda əməkdaşlarımızın Salyan rayonunda keçirdikləri rəy sorğusunun nəticələrini təqdim edirik.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən bu gün vətəndaş məmnunluğunun səviyyəsi yerlərdə dövlət orqanlarının və əlbəttə ki, ilk növbədə icra strukturlarının iş effektivliyinin qiymətləndirilməsi üçün əsas meyar kimi qəbul edilir.

Təbii ki, bu səviyyə ilk növbədə vətəndaşların özlərinin bu və ya digər sahədə onlara göstərilən diqqətdən, yaradılan şəraitdən və bir çox digər amillərdən nə dərəcədə razı və ya narazı qalmalrı ilə müəyyən olunur. Bu baxımdan ölkənin kütləvi informasiya vasitələrinə edilən müraciətləri də nəzərdən qaçırmaq olmaz. O cümlədən bizim redaksiyaya da tez-tez ünvanlanan məktub və müraciətlərin bir çoxunda rayon icra hakimiyyətlərinin fəaliyyətilə bağlı müxtəlig fikir və rəylər ifadə olunur. Digər tərəfdən isə daxil olan bütün müraciətlərdə, xüsusilə də şikayət xarakterli məktublarda, təqdim edilən məlumatların heç də hamısı araşdırma nəticəsində öz təsdiqini tapmır. Təbii ki, belə olan halda obyektivliyi qoruyub saxlamaq üçün ən yaxşı üsullardan biri rayona ezam olunmaq, yerlərdə sakinlərlə görüşüb bu və ya digər məsələ ilə bağlı onların rəylərini bilavasitə öyrənməkdir.

Məhz elə bu məqsədlə də biz öz redaksiyamızda bir təşəbbüs qrupu yaratdıq. Şərti olaraq “Sosioloji sorğu” adlandırdığımız bu layihə çərçivəsində 2 nəfərdən ibarət qrupumuz mütəmadi olaraq həm paytaxtın rayonlarında, həm də bölgələrdə vətəndaşlar arasında rəy sorğusu keçirəcək, bu və ya digər məsələ barədə sakinlərini fikirlərini öyrənəcəklər. Çalışacayıq ki, olduğumuz ərazidə sakinlər arasında vətəndaş məmnunluğunun səviyyəsi barədə oxucularımızı maksimum obyektiv məlumatlandıraq.

Beləliklə, növbəti səfərimiz Salyan rayonunadır.

Salyana çatan kimi ilk olaraq yolumuzu Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına saldıq. Dərhal qeyd edək ki, bu park bir neçə il öncə rayonun daxili imkanları hesabına yenidən qurulmuşdur. Parkda yeni işıqlandırma vasitələri, musiqili fəvvarə quraşdırılmış, 1000-dək gül kolu əkilmiş, əlavə oturacaqlar qoyulmuş, sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Bəxtimizdən parkda kifayət qədər istirahət edənlər vardı. Hava almağa çıxanların əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Bir də evdar xanımlar, kimi azyaşlı övladını, kimi də nəvələrini gəzməyə çxarmışdı. Əslində məhz elə bu kontingent bizə daha çox sərf edirdi. Çünki adətən yaşlı insanlar media mənsubları ilə daha çox ünsiyyətə meyilli olurlar. Park öz adını doğruldurdu, başdan-başa yaşıllıq içərisində idi. Hiss olunurdu ki, ağaclara, kollara yaxşı qulluq edilir. Amma bizim üçün əsas maraq kəsb edən məqam rayon sakinlərinin əhval-ruhiyyəsi, onların yaşadıqları mühitə, ətraflarında mövcud olan vəziyyətə münasibətləri ilə bağlı idi. Əlbəttə ki, təqdim edəcəyimiz yazılarda sakinlərlə apardığımız söhbətləri tam təfərrüatları ilə qələmə almaq niyyətində deyilik. Amma bəzi maraqlı məqamları qısaca da olsa mütləq diqqətinizə çatdıracayıq. Onu da qeyd edim ki, bütün respondentlərimizə verdiyimiz suallar eyni mahiyyət kəsb edib və təxminən belə səslənib:

- Yaşadığınız ərazinin abadlığı, təmizliyi, dövlət idarələrinə müraciət etdiyiniz zaman gördüyünüz münasibət sizi qane edirmi? Rayonun icra orqanlarının fəaliyyətindən məmnunsunuzmu? Rayon ərazisində yaşayan şəhid ailələrinə və müharibə qazilərinə göstərilən diqqət və qayğının səviyyəsini necə qiymətləndirirsiz?

Beləliklə, həmsöhbətlərimizdən bəzilərini sizlərə də təqdim etməyin əsil vaxtıdır (cavablar məzmun dəyişikliyinə yol verilmədən redaktə edilib):

Töhfə xanım (60 yaş, gəlini və iki nəvəsi ilə gəzməyə çıxıb): Əgər bir-iki gün burda qalsaz özünüz şahid olarsınız ki, Sevindik müəllim tez-tez elə bu parkda, digər ərazilərdə necə sıravi vətəndaşlardan biri kimi, gəzib-dolanır, insanlarla ünsiyyətə girir. Bax camaatın bir çox problemləri də elə bu söhbətlər sayəsində öz həllini tapır...

Gülnarə xanım (52 yaş, alış-verişdən qayıdır, yolüstü parkda dincini alır): Allah bütün şəhidlərimizə rhmət eləsin. Bizim də rayondan Vətən uğrunda canlarını qurban vermiş çox igid oğullarımız oldu. Allah bütün qazilərimizə də şəfa versin. Dövlətimiz var olsun. Mən özüm bir neçə şəhid və qazi ailəsini şəxsən tanıyıram. Sağ olsunlar, tez-tez icra hakimiyyətindən gəlib onları başa çıxırlar, şəhidlərin ad günlərində, anım günlərində məzarları ziyarət olunur, xatirələri anılır. Yəni bu barədə çox diqqət göstərirlər. Hər halda bizdə bu dəqiq belədir. Salyanda hamı bilir ki, rayonumuzda elə bir şəhid ailəsi yoxdur ki, Sevindik müəllim onların evlərində olmasın.

Cəfər müəllim (68 yaş, təqaüdçü): Mənim öz yaxın qohumlarından da həm şəhid, həm də Qarabağ qaziləri var. Şəhidlərin ailələrinə də, qazilərə də dövlətimiz tərəfindən yüksək səviyyədə qayğı göstərilir. İcra hakimiyyətindən də tez-tez gəlib başa çıxırlar, özlərinin də bütün müraciətlərinə dərhal cavab verirlər. Şükür, hələ indiyə kimi, heç bir problemləri həll olunmamış qalmayıb.

Səriyyə xanım və Nabat xanım (56 yaş, 54 yaş, qonşudurlar birgə vaxt keçirirlər): Başqa rayonları bilmirik, bizdə icra hakimiyyətində vətəndaşın qəbulu ilə bağlı heç vaxt problem olmayıb. Hansı gün, hansı saatda getsən mütləq qəbul edəcəklər, dinləyəcəklər, məsələn də həll olunacaq. Hələ mütəmadi təşkil olunan qəbulları, səyyar görüşləri demirik. Yəni Salyanda, sağ olsun Sevindik müəllim, elə bil insanlar icraya az gedəndə özü narahat olur. Bir də görürsən çıxır başlayır şəhəri gəzməyə, özü insanlara yaxınlaşır, söhbət edir, soruşur kimin nə dərdi var...

Cavid müəllim (64 yaş, istirahət edir): Ona etibar olunmuş rayonda işlərin qaydasında getməsini istəyən rəhbər işçi gərək tez-tez xalqın içinə çıxsın, camaatla görüşsün, insanların dərdini-sərini öyrənsin. Bizdə Sevindik müəllim bunu edir. Tez-tez qəbullar, səyyar görüşlər keçirir, polisdən, prokurorluqdan, digər təşkilatlardan da nümayəndələri dəvət edir. Sakinlər də onları narahat edən problemlərini belə görüşlərdə bildirirlər. Onu üçün də bizdə qarşılıqlı hörmət və etimad var.

Beləliklə, Salyanda təxminən 4 saat ərzində qrupumuz tərəfindən ümumilikdə 35 nəfər sakin arasında rəy sorğusu keçirildi. Sorğu iştirakçılarının böyük əksəriyyəti Salyan rayon İcra Hakimiyyətinin və bu qurumun tabeliyində fəaliyyət göstərən strukturların işindən razılıqlarını ifadə etdilər. Sorğu nəticəsində gəldiyimiz ümumi nəticələr isə belə oldu:

Şəhid ailələrinə və qazilərə diqqət və qayğı yüksək səviyyədə təşkil olunub

Bu gün bütün ölkəmizdə olduğu kimi, Salyan rayonunda da Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi rayon rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılır. Salyan RİH tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir Bu kateqariyaya aid olan insanlar RİH başçısı aparatında qəbul olunaraq müraciətləri müvafiq şöbə tərəfindən araşdırılır və aidiyyəti üzrə konkret tədbirlər görülür. Mütəmadi olaraq sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində köməklik göstərilməsi və onların daimi diqqətdə saxlanılması məqsədilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində görüşlər keçirilir.

Sakinlərlə görüşlər mütəmadi keçirilir

Salyan rayonunda yerli sakinlərlə mütəmadi olaraq qəbullar və səyyar görüş keçirilir. Vətəndaşları narahat edə problemlərin həlli məqsədilə təşkil olunan belə tədbirlər zamanı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və digər məsul şəxslər vətəndaşlarla görüşür və sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı məlumatları alırlar. Söz alan vətəndaşlar bir çox məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirirlər. Onların bütün sualları ətraflı cavablandırılır. Səyyar qəbullarda sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı konkret tədbirlər müəyyənləşdirilir.

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, bu gün Salyan Rayon İcra Hakimiyyətində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin effektiv icrası üçün bütün imkanlar səfərbər olunmuşdur və bu istiqamətdə göstərilən fəaliyyət yüksək səmərəliliyə malikdir. Rayonda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur. Həmçinin şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da göstərilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin Salyan rayonunda layiqincə reallaşdırılması üçün bütün lazım olan addımlar atılır.

Reportajı hazırladılar:
Tahir İlyasov
Elxan Həsənov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025