Mobil versiya
"Trabzonspor"dan 5 transfer
Tarix: 24-06-2024 | Saat: 12:02
Bölmə:İdman | çapa göndər

"Trabzonspor"dan 5 transfer

Türkiyənin “Trabzonspor” komandası heyətini beş yeni futbolçu ilə gücləndirib.

aia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bordo-mavililər” Ozan Tufan, Denis Draquş, Con Landstrem, Borna Barişiç və Entoni Nvakaeme ilə anlaşıb. Həmin oyunçularla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, ötən mövsüm Türkiyə Superliqasını üçüncü pillədə bitirən “Trabzonspor” UEFA Avropa Liqasında oynamaq hüququ əldə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2024